İyul 15, 2021

İnsan amilinə xidmət edən mütərəqqi siyasət

İcbari tibbi sığorta bütün ölkə üzrə uğurla tətbiq olunur

Sağlam ömür yaşamaq, xəstəliklərdən uzaq olmaq hər bir insan üçün həyatının əvəzolunmaz sərvətidir. Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövləti bu məsələdə hər zaman vətəndaşının yanındadır və əhalinin sağlamlığının qorunması Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Respublikamızda tibb sahəsində aparılan köklü islahatlar, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi, müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması buna bariz nümunədir.

Ardını oxu »

R.S.Yaqubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüfət Səttar oğlu Yaqubov “Şöhrət” ordeni ilə təltif edilsin.

Ardını oxu »

Koronavirusun “Delta” ştammı ölkəmizdə də aşkarlanıb

Dünyanı bürüyən COVID-19-un bütün növlərindən qorunmağın yeganə yolu vaksinasiyadır

Bir ildən artıq müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada ciddi səhiyyə problemi olmaqla, sosial və iqtisadi cəhətdən də gərginlik yaratmaqdadır. Bununla belə, SARS-CoV-2 infeksiyasına qarşı aparılan profilaktik tədbirlər, peyvəndlənmənin təşkili və səmərəliliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilir.

Ardını oxu »

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 992; 2017, № 1, maddə 12) aşağıdakı dəyişikliklər edilsin:

Ardını oxu »

Medianın İnkişafı Agentliyi yeni ofisə köçdü

Bu gündən Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb.

Adalet.az xəbər verir ki, bununla əlaqədar olaraq hazırda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir.

Ardını oxu »

İlham Əliyev Ərdoğana məktub yazdı

 Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Adalet.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi səmimiyyətlə salamlayıram.

Ardını oxu »

Ermənistan keçmişdən və tarixdən nəticə çıxarmalıdır – XİN

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın “Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq” bəyanatını şərh edib.

XİN-dən Adalet.az-a daxil olan məlumatda L.Abdullayeva deyib:

“Görünür, T.Avinyan unudub ki, artıq seçkilər geridə qalıb; indi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır.

Ardını oxu »

Əbülfət Mədətoğlundan yeni kitab

Tanınmış şair, publisist Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı nəşr olunub.  “Dörd divar…Allah, O və mən…” adlı kitab Adiloğlu nəşriyyatında çap olunub.

500 nüsxəylə nəşr olunan kitabın redaktoru Fəridə Rəhimlidir.

Kitabda toplanan şeirlər müəllifin son dövr yaradıcılığının məhsuludur. Əsasən vətən, sevgi və təbii ki, insani duyğuların ifadəsidir. Oxucuların yolunu gözləyən bu kitabı tezliklə kitab satış məntəqələrindən ala bilərlər.

Ardını oxu »

Goranboy: Aprel Şəhidinin doğum günü qeyd edildi

Qızılhacılı qəsəbəsindən Aprel Şəhidimiz Hüseynov Bəxtiyar Rəfayıl  oğlunun doğum  günü ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun ictimai fəalları Şəhidimizin məzarını və ailəsini   ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini ehtiramla andılar.

Ardını oxu »

İlham Əliyev aqrar sahə ilə bağlı fərman imzalayıb

İlham Əliyev aqrar sahə ilə bağlı fərman imzalayıb<b style="color:red"></b>

Prezident İlham Əliyev “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb.

525.az-ın məlumatına görə, fərmanda bildirilir ki, ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 31
  • 15
  • 14,715
  • 40,295
ILK-10 Azeri Website Directory