İyul 16, 2021

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün məhkəməsi təxirə salınıb – Yenilənib

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün məhkəməsi təxirə salınıb - <b style="color:red">Yenilənib</b>

Bu gün erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

525,az APA-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə keçirilən prosesdə hakim deyib ki, prosesdə iştirak etməyən vəkil Elmira İsmayılova məhkəməyə məktub göndərib. Vəkil səhhətində ciddi problemlərin yaranması ilə bağlı iclasda iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını istəyib.

Ardını oxu »

DAŞKƏSƏNDƏ QURBAN BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB, ONLARA BAYRAM SOVQATI PAYLANILIB

İyulun 15-16-da Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub.
Şəhidlərin ailə üzvləri Qurban bayramı münasibətilə təbrik edilib, onlara ərzaq bağlaması verilib.
Görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ardını oxu »

Goranboy: Dəliməmmədli şəhərində Şəhidlər Xatirə-Bulaq Kompleksi istifadəyə verildi

Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun ictimai fəalları, Şəhid ailələri və Qazilər, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə, Dəliməmmədli şəhərində inşa edilmiş Şəhidlər Xatirə-Bulaq Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdilər.

Ardını oxu »

“Bir millət iki dövlət” Bəyannaməsi

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin mahir sərkərdəlik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən olan İkinci Qarabağ müharibəsində Azərbaycan dövləti qalib olaraq xalqın 30 il çəkən torpaq həsrətinə son qoyulmuş, qədim tarixə malik dövlətimiz əzəli torpaqlarını işğaldan azad etmiş və tarixi ədalət bərpa olunmuşdur. İkinci Qarabağ müharibəsinin başlanması düşmən qüvvələrinin hücumu nəticəsindəbaşlamışdır. 27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Cənab Ali Baş Komandanın göstərişi və rəhbərliyi altında Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.

Ardını oxu »

Şuşadan dünyaya barışıq və sülh mesajı verildi

İlham Əliyev fərqli inanclara sahib olan azərbaycanlıları da Qarabağdakı müqəddəs dini ocaqlarda dua etmək xoşbəxtliyinə qovuşdurdu

2250 məscid, 16 kilsə, 7 sinaqoq…

Bütün bu dini ocaqlar dünya xəritəsinə baxanda kiçik nöqtə kimi görünən Azərbaycanda cəmləşib… Tolerantlıq və dözümlülük ənənələri zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yaşadığı qədim məkandır. Bu da Tanrının lütfü olmalıdır ki, bütün dinlərə aid qədim ibadət yerlərinin təməlləri məhz bu müqəddəs yurdda qoyulub. Bunu ölkəmizdə mövcud olan və müxtəlif inanclara məxsus tarixi, dini abidələr də sübut edir.

Ardını oxu »

“Şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə”

Prezident İlham Əliyev dövlətin bu siyasətinin davamlı olduğunubirdahabəyanetdi

Bütün dünyada pandemiyanın yaratdığı iqtisadi çətinliklər olsa da, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Xüsusilə əhalinin həssas təbəqəsinin sosial qayğılarının həlli istiqamətində ardıcıl işlər aparılır. Bu il iyulun 14-də Prezident İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi həmin tədbirlərin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.

Ardını oxu »

“Dəmir yumruq” öz yerindədir

Məğlub Ermənistanın istənilən təxribat cəhdinin qarşısı alınacaq

44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayaraq darmadağın olan işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələri təxribatçı əməllərini davam etdirirlər. İyulun 14-də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması da bunun bariz nümunəsidir.

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: Sınaqdan daha güclü çıxan Türkiyə

Beş il bundan öncə Türkiyə və Türkiyə ilə bir sırada olan hər kəs çətin bir sınaqla üz-üzə gəldi. Beş il öncə Türkiyə tarixində qorxunc bir cəhdin insanları ayağa qaldıran, həmrəy edən anlar yaşandı. Bu 15 iyul – Temmuzu idi.

Belə ki, həmin gecə Türkiyədəki hakimiyyət hərisli qüvvələr dövlət çevrilişi etməyə, özü də bunu silah gücünə həyata keçirtməyə qərarlı idi. Bu məqsədlə, ölkənin hər yerində hazırlıq işləri görülmüş və hakimiyyətə can atan, əksəriyyəti də hərbçilərdən ibarət xain qüvvə hərəkətə keçdi. Məhz həmin gecə Türkiyə öz prezidentinin, öz cümhur başqanının ətrafında sıx birləşərək bu çevrilişin qarşısını aldı. Həmin gecə təkcə Türkiyə deyil, bütün dünya da türk xalqının və xüsusilə Rəcəb Tayyib Ərdoğanın bir siyasi lider kimi iradəsinin, qətiyyətinin, uzaqgörənliyinin şahidi oldu.

Ardını oxu »

Hikmət Həsənov Ağdamda yeni hərbi hissənin açılışında – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

MN-dən Adalet.aza verilən xəbərə görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib. Qeyd edək ki, kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Ardını oxu »

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Adalet.az-a verilən məlumata görə, Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yuryeviç Yurgens Azərbaycan Sığortaçılar Assosiasiyasının dəvəti ilə ölkəmizdə işgüzar səfərdədir.

ASA-dan verilən məlumata görə, səfər çərçivəsində Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İ.Y.Yurgens ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında baş tutan görüşdə sığorta sektoru ilə bağlı mühüm məsələlər müzakirə edilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 5
  • 3
  • 14,689
  • 40,269
ILK-10 Azeri Website Directory