İyul 17, 2021

MEK-də “Heydər Əliyev və mətbuat” adlı növbəti lektoriya baş tutub

İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul Milli Mətbuatımızın 146-cı ildönümü münasibətilə “Heydər Əliyev və mətbuat” mövzusunda lektoriya keçirilib.

Tədbirdə AMEA prezidenti katibliyinin rəisi, AMEA  Rəyasət Heyəti aparatının və elmi tədqiqat institutlarının mətbuat xidmətləri, elm xadimləri, Azərbaycan Mətbuat Şurasının rəhbəri və üzvləri, millət vəkilləri, əməkdar jurnalistlər, KİV nümayəndələri və digər mötəbər qonaqlar iştirak ediblər.

Lektoriyanı giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev görkəmli maarifçi Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” qəzetinin böyük bir ənənənin başlanğıcında dayandığını və Azərbaycan mədəniyyəti tarixinə şərəfli səhifələr yazdığını vurğulayıb.

Ardını oxu »

Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutulub

Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

Ardını oxu »

Müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri açıqlanıb<b style="color:red"></b>

5-12 iyul tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

525.az-a nazirlikdən verilən məlumata görə, müsabiqənin növbəti – vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Ardını oxu »

“Siyasi iradə ilə hər şey mümkündür”

"Siyasi iradə ilə hər şey mümkündür"<b style="color:red"></b>

Regionda sabitliyin əldə olunması üçün aqressiv ritorikadan çəkinmək lazımdır” 

525.az-ın xəbərinə görə, bunu Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Ermənistanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

 O bildirib ki, regionda sabitliyin, sülhün əldə olunması üçün aqressiv ritorikadan çəkinmək lazımdır. “İnkişaf üçün ilkin addım atmaq və xitab edərkən belə düşmən anlayışından çəkinmək lazımdır”.

Ardını oxu »

Otuz ilin həsrəti – 44 günün zəfəri -“Qarabağ dastanı” (Video)

Otuz ilin həsrəti - 44 günün zəfəri -<b style="color:red"> "Qarabağ dastanı" (Video)</b>

Video əlavə edilib.

* * *

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün zəfəri” adlı kitab işıq üzü görüb.

Azərbaycan xalqı və şanlı ordumuz Müəzffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı. Bütün xalqımız kimi Azərbaycan yazıçılarının da 30 ilə yaxın zaman müddətində qəlbində daşıdığı acı, nisgil, həsrət, nəhayət, sona yetdi.

Ardını oxu »

Elmi inkişafın şərəfli yolu

AMEA-nın vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin elmi redaktoru olduğu  “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitab işıq üzü görüb.

Nəşrin təqdimat mərasimində çıxış edən AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, kitabda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin hər iki tarixi dövründə Elmlər Akademiyasının mühüm inkişaf mərhələləri araşdırılıb. Kitabda Prezident İlham Əliyevin Azərbaycan elminin dünya miqyasında öz layiqli yerini tutmasi ücün həyata keçirdiyi genişmiqyaslı islahatlar, inkişaf strategiyası, elm ictimaiyyətinə diqqət və qayğısından bəhs olunub. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin AMEA ilə bağlı fikirlərinə, çıxışlarına geniş yer verilib. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası prezidentlərinin həyat və elmi fəaliyyəti, institutları haqqında da geniş məlumat yer alıb.

Ardını oxu »

Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazar yaradır

 Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazarın yaradılması barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

O bildirib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır.

Ardını oxu »

Tarixinin ən qüdrətli Azərbaycanı

Azərbaycan dövləti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq uğurları sayəsində tarixin inkişaf istiqamətini dəyişir. Bu istiqaməti bütün bəşəriyyət üçün faydalı olan, tərəqqiyə, insanların rifahına xidmət edən yeni bir məcraya yönəldir. Tutduğumuz yol isə yalnız sülhdən keçir. Azərbaycan on illər boyu danışıqlar aparanda da, 44 günlük müharibə ilə neçə illərin problemlərini həll edəndə də nə istədiyini yaxşı bilirdi.

Bu müharibə bizə torpaqlarımızı düşməndən təmizləmək, dondurulmuş münaqişənin buzunu əritmək, yeni reallıqlar yaratmaq, haqq-ədaləti bərpa etmək, məcburi köçkünlərimizin əzəli torpaqlarına qayıdışına nail olmaq üçün lazım idi.

Ardını oxu »

Şeyxülislam Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Adalet.az təbrik mətnini təqdim edir:

“Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərim!
​İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana sədaqətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.

Ardını oxu »

Kamal Abdulla Pakistan səfiri ilə görüşdü

  Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Adalet.az xəbər verir ki, rektor səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib.

Kamal Abdulla bildirib ki, ötən görüşlərdə təməli atılan ideyalar artıq son mərhələdədir:

“İnanıram ki, universitetimizdə açılacaq Pakistan dil və mədəniyyət mərkəzinin açılışı Pakistanlı və Azərbaycanlı gənclər üçün, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq”.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 22
  • 11
  • 14,706
  • 40,286
ILK-10 Azeri Website Directory