İyul 21, 2021

Peskov Qarabağdakı vəziyyətin tənzimlənməsinin gedişatından DANIŞDI

 Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi prosesi yaxşı gedir. Rusiya Prezidenti Vladimir Putin həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daim təmasdadır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib.

Ardını oxu »

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb<b style="color:red"></b>

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı “portal.edu.az” platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

Dövlət İmtahan Mərkəzindən 525.az-a bildirilib ki, iyulun 21-i səhər saatlarına olan məlumata əsasən, 8941 (83 faiz) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61 faiz) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

Ardını oxu »

Putindən korona açıqlaması: İnsanlar bu dönəmi ağır keçirir

İnsanlar koronavirus pandemiyası dönəmini çox çətinliklə yaşayırlar.

Adalet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Qeyd etmək istərdim ki, insanlar pandemiya dönəmini ağır keçirir. Bununla mübarizə apara hakimiyyətin bütün orqanları xüsusi məsuliyyət daşıyır”, – deyə Kreml rəhbəri bildirib.

Ardını oxu »

Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub – Video

Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub - <b style="color:red"> Video</b>

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli iki yeni hərbi hissə istifadəyə verilib.

Ardını oxu »

Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlanıb

Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlanıb<b style="color:red"></b>

Çinin Tibet yaylasında alimlər ərimiş buzlaqlardan indiyədək naməlum olan qədim virus növləri aşkar edib.

525.az xəbər verir ki, ABŞ-ın Ohayo Universitetinin bioloqları Tibetdən 2015-ci ildə götürülmüş 15 min illik buzlaq nümunələrindən 33 fərqli virusun genetik kodunu müəyyənləşdirib.

Qeyd olunur ki, bu viruslardan dördü əvvəllər məlum olub, 29-u isə tamamilə yeni, bu günədək elmə məlum olmayan viruslardır.

Ardını oxu »

“Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir”

“Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir”<b style="color:red"> </b>

“Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verilib”.

525.az xəbər verir ki, bunu baş nazir baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov keçirdiyi Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 249
  • 91
  • 13,951
  • 52,500
ILK-10 Azeri Website Directory