İyul 23, 2021

Prezidentin dəstəyi mətbuata davamlı nailiyyətlər qazandırır

YAP Mərkəzi Aparatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş keçirilib

İyulun 22-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 İyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib. Görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu »

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Ardını oxu »

Koronavirusa görə insan sürətlə qocala bilər

Koronavirus insan orqanizminə düşdükdən sonra erkən qocalma prosesini tətikləyə bilər.

 “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada tanınmış nevroloq Erkin Şamsiyev xəbərdarlıq edib.

“Təəssüf ki, koronavirus infeksiyası  insan orqanizminə düşdükdən sonra təkcə ağciyərlərin trombozunu deyil, həmçinin digər arzuolunmaz prosesləri, o cümlədən erkən yaşlanmanı işə sala bilər. Bunun səbəbi xəstəliyə görə stres fonunda əsəbi yorğunluqdur. Yoluxmuş insan mənən tükənir, onda fobiyalar, qorxular yaranır”, – deyə o, bildirib.

Ardını oxu »

Reklam bazarı Azərbaycanın iqtisadi inkişafı ilə adekvat deyil – Rəşad Məcid

Bunu Milli Mətbuat Günü ilə əlaqədar Trend-ə açıqlamasında “525-ci Qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə “Media haqqında” Qanunun hazırlanması çox labüd idi:

“Ona görə də cənab Prezidentin sərəncamı ilə həm “Media haqqında” Qanunun hazırlanması barədə tapşırıq verildi, həm də Medianın İnkişafı Agentliyi yaradıldı.

Ardını oxu »

Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı

Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı <b style="color:red"></b>

Prezident İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncamla Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

Ardını oxu »

“Azərbaycan və Rusiya beynəlxalq nəqliyyat dəhlizlərinin təşkilində sıx əməkdaşlıq edir”

"Azərbaycan və Rusiya beynəlxalq nəqliyyat dəhlizlərinin təşkilində sıx əməkdaşlıq edir"<b style="color:red"></b>

Azərbaycan və Rusiya beynəlxalq nəqliyyat dəhlizlərinin təşkili və müntəzəm marşrutların genişləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir.

525.az xəbər verir ki, bunu Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, yük dövriyyəsindəki illik artım müsbət amildir: “2020-ci ildəki pandemiyaya baxmayaraq, artım davam edib və keçən il ümumi yük daşımalarının həcmi təxminən 8 mln. ton təşkil edib”.

Ardını oxu »

Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır

Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır<b style="color:red"></b>

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

525.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına veriləcəyi gözlənilir.

Ardını oxu »

“Azərbaycanla Rusiya arasında yeni müqavilələr imzalana bilər” – Mikayl Cabbarov

"Azərbaycanla Rusiya arasında yeni müqavilələr imzalana bilər" -<b style="color:red"> Mikayl Cabbarov</b>

“Bu gün Rusiyanın işgüzar missiyası Azərbaycanda rəsmi səfərdədir. İşgüzar missiyaya Rusiyanın iqtisadi inkişaf nazirinin müavini rəhbərlik edir. Missiyanın tərkibində sənaye, nəqliyyat, enerji, memarlıq, informasiya texnologiyaları və digər sektorları təmsil edən şirkətlər mövcuddur”.

525.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Rusiya işgüzar görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Ardını oxu »

Daşkəsəndə yeni məktəb tikiləcək – Sərəncam

Daşkəsəndə yeni məktəb tikiləcək - <b style="color:red"> Sərəncam</b>

Prezident İlham Əliyev “Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncamla Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Ardını oxu »

İnsan psixologiyasının çətinliklərə qarşı reaksiyası – Necə mübarizə aparmalı?

İnsan psixologiyasının çətinliklərə qarşı reaksiyası - <b style="color:red"> Necə mübarizə aparmalı?</b>

Koronavirus pandemiyası ilə gələn çətin sosial şərtlər cəmiyyətimizdə gərginliyin getdikcə artmasına səbəb olan əsas faktor oldu. İkinci Qarabağ müharibəsi zamanı həyatımızda bir çox xoş, qürurverici hadisələr baş versə də, insanların həyatındakı çətinliklər, pandemiya səbəbindən qapanma və məhdudiyyətlər cansıxıcı hesab edilə bilər. Məsələ burasındadır ki, bu gün həyatımızın bütün sahələrində çətinliklərlə qarşılaşmaq ehtimalımız yüksəkdir.

Həyatın bir dəniz olduğunu təsəvvür edək. Öz qayığımızla irəlilədiyimiz bu yolda önümüzə çıxan anlıq çətinliklərə qarşı əlimizdəki kürəklərlə dözüm gətirib yolumuzu tapmağa, bu maneələri aşmağa çalışırıq. Bu dəniz isə bəzən dalğalı, bəzən burulğanlı ola bilər.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 235
  • 87
  • 13,937
  • 52,486
ILK-10 Azeri Website Directory