Sentyabr 2021

Ərdoğan Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

Ərdoğan Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə tviterdə paylaşım edib.

525.az xəbər verir ki, paylaşımda deyilir:

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram”.

Ardını oxu »

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Əziz məktəblilər və tələbələr!

Ardını oxu »

Prezident İlham Əliyev Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verdi.

Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var.

Ardını oxu »

ABŞ nüvə razılaşmasına dair müqaviləyə qayıtmaq niyyətindədir

ABŞ nüvə proqramına aid olmayan sanksiyaları aradan qaldırmaq qərarına gəlib. Lakin İran hökuməti üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yanındakı daimi nümayəndəsi Luis Bono deyib. Vyanada AEBA-nın İdarə Heyətinin iclasında çıxış edən L.Bono diqqətə çatdırıb ki, ABŞ müttəfiqləri ilə birlikdə diplomatik danışıqları bərpa edib nüvə razılaşmasına dair müqaviləyə qayıtmaq niyyətindədir. Lakin İran bütün öhdəlikləri tam olaraq yerinə yetirməlidir.

Ardını oxu »

Prezident Ucarda yol tikintisinə 8 milyon manat ayırıb

Prezident Ucarda yol tikintisinə 8 milyon manat ayırıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncamla iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ardını oxu »

Kürdəmirdə arıçılıq təsərrüfatları yaradılacaq

Kürdəmirdə arıçılıq təsərrüfatları yaradılacaq<b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə əməkdaşlığı ilə Kürdəmirdə arıçılıq təsərrüfatları yaradılacaq.

Bu barədə 525.az-a nazirlikdən bildirilib. Məlumata görə, qurumun həyata keçirdiyi Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və GIZ-in həyata keçirdiyi “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması” (“ECOserve”) layihələri çərçivəsində Kürdəmir rayonundan olan və layihələrə müraciət edən qadın fermerlər üçün təlimlər keçirilib.

Ardını oxu »

Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı

Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı<b style="color:red"></b>

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun azadlığa buraxılıb.

525.az xəbər verir ki, bu barədə  onun vəkili Elnur Vəliyev məlumat verib. O qeyd edib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Q.Səmədovla bağlı başqa yerə getməmək barədə iltizam tədbiri seçilib və o, azadlığa buraxılıb: “Bir müddət əvvəl onun vəziyyəti pisləşdi və Qoca Səmədov Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirildi. Biz isə isə məhkəmədə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırdıq”.

Ardını oxu »

Metodik dəstək: məktəb və müəllimlər üçün vacib amil

Metodik dəstək: məktəb və müəllimlər üçün vacib amil<b style="color:red"></b>

Metodistlər gənc və təcrübəsiz müəllimlərə müəssisədə səmərəli işləməyə kömək edən, onların peşəkar fəaliyyətlərində və inkişafında metodik, psixoloji və elmi dəstək göstərən daha yaşlı və təcrübəli ixtisaslaşmış müəllimlərdir. 

Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov deyir ki, metodist olmaq üçün bir sıra müxtəlif bilik, bacarıq və səriştəyə yiyələnmək lazımdır. Bu yolda uğur şüurlu, məqsədyönlü və davamlı özünüinkişafdan asılıdır. Təsadüfən toplanan təcrübədən daha çox, qarşıya daha çətin məqsədlər qoyub, onlara çatmaq lazımdır. Zaman, səy və daxili motivasiya bu məqsədlərə çatmaq üçün ən vacib amillərdir.

Ardını oxu »

Futbolçular Azərbaycan çempionatının oyununa şəhid övladları ilə çıxıblar

Futbolçular Azərbaycan çempionatının oyununa şəhid övladları ilə çıxıblar<b style="color:red"></b>

“Turan Tovuz” komandasının futbolçuları bu gün MOİK-lə Azərbaycan I Divizionunun ilk tur oyununa şəhid övladları ilə çıxıblar.

525.az xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və övladları hazırda keçirilən görüşü izləyirlər. Qarşılaşma Tovuz şəhər stadionunda oynanılır. Hələlik MOİK hesabda öndədir – 1:0.

Ardını oxu »

Şuşada hərbi yürüş olub

Şuşada hərbi yürüş olub<b style="color:red"></b>

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü Şuşada qeyd olunub.

525.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “twitter” səhifəsindən etdiyi paylaşımında bildirib. “Qürurlu anlar. Milli Ordumuzun qanı bahasına işğaldan azad olunmuş Şuşada 15 sentyabr, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd olunub. Milli Ordumuzla fəxr edirik”, – deyə M. Abbasov paylaşımında qeyd edib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 407
  • 111
  • 17,798
  • 40,913
ILK-10 Azeri Website Directory