Sentyabr 1, 2021

“İctimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa yoxdur”

 "İctimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa yoxdur"<b style="color:red"></b>

Sosial şəbəkələrdə Şəki şəhərində “COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.

525.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maska tələbi var.

Ardını oxu »

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub<b style="color:red"></b>

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

525.az-ın xəbərinə görə, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Ardını oxu »

Kamran Əliyev Türkiyəyə səfərə gedib

Kamran Əliyev Türkiyəyə səfərə gedib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara şəhərinə səfərə gedib.

Bu barədə 525.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə baş tutub.

Ardını oxu »

ABŞ Səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür edib

ABŞ Səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür edib<b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı Səfirliyi Kabil aeroportunda xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.

525.az-ın xəbərinə görə, bu barədə Səfirliyin “Facebook” hesabında bildirilib.

“Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməklərinə çox sevindik!”, – deyə qeyd olunub.

Ardını oxu »

Dünyada təbii fəlakətlərin sayı son 50 ildə beş dəfə artıb

Dünyada iqlim şəraitindən, əsasən də planetdə orta temperaturun yüksəlməsindən qaynaqlanan təbii fəlakətlərin sayı 1970-ci ildən 2019-cu ilədək olan dövrdə beş dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məruzəsində yer alıb.

“Hava, iqlim və hidroloji amillərlə bağlı ekstremal halların miqdarı artır və onlar dünyanın bir çox yerlərində iqlim dəyişikliyi nəticəsində daha tez-tez baş verir, daha sərt olur”, – təşkilatın baş katibi Petteri Taalasın bəyanatında belə deyilir.

Ardını oxu »

Misir Qırmızı və Aralıq dənizləri arasında yüksək sürətli dəmir yolu xətti inşa edəcək

Misir hökuməti Almaniyanın “Siemens” konsorsiumu ilə Qırmızı və Aralıq dənizləri arasında yüksək sürətli dəmir yolu xəttinin inşasına dair 4,5 milyard dollarlıq kontrakt imzalayıb.

AZƏRTAC xəbər verir ki, Misirdə həyata keçiriləcək bu nəhəng layihədə “Orascom Construction” və “Arab contarctors” kimi iri şirkətlər də iştirak edəcəklər. Misir Milli Tunel İdarəsinin məlumatına görə, layihənin dizayn və inşa mərhələləri 15 il davam edəcək. Ümumilikdə 660 kilometr uzunluğunda olacaq yüksək sürətli dəmir yolu xətti ilə ildə 30 milyon sərnişin daşınması mümkün olacaq. Qatarlar Qırmızı dəniz sahilindəki Ayn-Soxna-Aralıq dənizi sahilindəki İsgəndəriyyə şəhəri və Marsa Matruh limanı marşrutu üzrə hərəkət edəcək.

Ardını oxu »

Azərbaycanda koronavirus infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3845 yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 min 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 min 2 nəfər müalicə olunaraq sağalıb, 5 min 677 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 57 nəfərdir.

Ardını oxu »

Rusiyaya gələn Azərbaycan vətəndaşları test nəticəsini “COVID-19 olmadan səyahət edirəm” mobil tətbiqində təqdim etməlidirlər

Sentyabrın 1-dən Rusiyaya gələn Azərbaycan vətəndaşları, gəlməzdən üç gün əvvəl verilmiş koronavirus testinin nəticəsini “COVID-19 olmadan səyahət edirəm” mobil tətbiqi vasitəsilə təqdim etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi hüquqi məlumat internet portalında yayımlanan Baş Dövlət Sanitar Həkiminin qərarında deyilir.

Ardını oxu »

Prezidentin köməkçisi: Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər ictimai iaşə obyektlərinə daxil ola biləcəklər

Sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 279
  • 102
  • 13,981
  • 52,530
ILK-10 Azeri Website Directory