Sentyabr 2, 2021

Yaponiyada koronavirusun “mu” ştamı aşkar olunub

Yaponiyada koronavirusun Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “maraq doğuran” kimi təsnifləndirilmiş yeni növünə yoluxma halı qeydə alınıb.

AZƏRTAC Yaponiya KİV-inə istinadla xəbər verir ki, koronavirusun “mu” ştamı adlandırılan bu növünə yoluxan iki qadın sərnişin iki müxtəlif aeroportda testdən keçərkən aşkar edilib. Koronavirusun həmin ştamının Latın Amerikasında və Avropada qeydə alındığı da bildirilir.

Qeyd edək ki, avqustun 31-də ÜST koronavirusun bu variantını “maraq doğuran virus növü” siyahısına daxil edib.

Ardını oxu »

Neft qiymətləri ucuzlaşır

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq 71,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 68,39 dollar olub.

Ardını oxu »

“Sülh çeşməsi” əməliyyatının keçirildiyi rayonda Türkiyə hərbçilərinə hücum edən terrorçular zərərsizləşdiriliblər

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata qeyd olunub ki, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı keçirən birləşmələrə hücum edən PKK/YPG terrorçu dəstəsinə qarşı əməliyyat keçirilib. Nəticədə doqquz terrorçu məhv edilib.

Ardını oxu »

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb

Sentyabrın 2-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Gəncəçay-Zurnabad məntəqəsində isə 1 santimetr azalıb. Kürəkçay-Çaykənd ,o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı, Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Təngərüdçay-Vaqo məntəqəsində isə 1 santimetr azalma qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 78 kubmetr /saniyə təşkil edir. Bu da ongünlük normanın 64 faizinə bərabərdir.

Ardını oxu »

Leyla Abdullayeva Ermənistanın yeni XİN başçısına cavab verib

Leyla Abdullayeva Ermənistanın yeni XİN başçısına cavab verib<b style="color:red"></b>

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “RİA” agentliyinə müsahibəsini şərh edib.

525.az-ın xəbərinə görə, L.Abdullayeva bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın RİA xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bu günədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib.

Ardını oxu »

Ali məktəblərdə tədris distant olacaq?

Ali məktəblərdə tədris distant olacaq?<b style="color:red"></b>

Sosial şəbəkələrdə ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin distant formada başlayacağı ilə bağlı məlumatlar yayılıb.

525.az-ın məlumatına görə, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Report”a açıqlama verib. Sözçü bildirib ki, yayılan məlumatlarla bağlı onlarda məlumat yoxdur:

“Yəni mənim o xəbərdən xəbərim yoxdur. Məlumatlı deyiləm”.

Ardını oxu »

Avqustda ünvanlı dövlət sosial yardımının məbləği artıb

Avqustda ünvanlı dövlət sosial yardımının məbləği artıb<b style="color:red"></b>

2021-ci ilin avqust ayında orta hesabla 1 ailəyə ödənilən qnvanlı dövlət sosial yardımının məbləği artaraq 233,4 manatdan 262,5 manata çatıb.

Bu barədə 525.az-a Dövlət Sosial Müdafə Fondundan məlumat verilib.

Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artım deməkdir.

Ardını oxu »

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıblar

 Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıblar -<b style="color:red"> Video</b>

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıblar.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

Ardını oxu »

Zelenski ilə Bayden arasında görüşdə hansı məsələlər əsas müzakirə mövzusu olub?

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vlodimir Zelenski və nümayəndə heyətləri arasında görüş iki saat davam edib.

AZƏRTAC “Ukrayna 24” telekanalına istinadla xəbər verir ki, protokola əsasən görüşün 45 dəqiqə davam edəcəyi açıqlanıb.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 238
  • 89
  • 13,940
  • 52,489
ILK-10 Azeri Website Directory