Sentyabr 3, 2021

Məscidlərdə pandemiya qaydalarına necə riayət olunur? – AÇIQLAMA

Hazırda məscidlərdə pandemiya qaydalarına ciddi şəkildə riayət olunur. Cümə namazlarında 50 nəfər iştirak edir və namaz zamanı məsafə qorunur.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, məscidlərə gələn hər bir insan tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə edir:

Ardını oxu »

Xankəndidə erməni deputatlar daşlarla qarşılandı

Xankəndidə erməni deputatlar daşlarla qarşılandı<b style="color:red"></b>

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların Xankəndiyə səfəri insidentlə yadda qalıb.

525.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazır. Bildirilir ki, müharibədə ölən əsgərlərin valideynləri daşla silahlanaraq deputatların qaldıqları otelə hücuma keçiblər. Onlar millət vəkillərini uşaqlarının ölümündə ittiham ediblər və Xankəndiyə gəlmək haqlarının olmadığını bildiriblər.

Ardını oxu »

Amerikanın kosmik aparatı Mars planetindən ilk süxur nümunəsi götürüb

“Perseverance” kosmik aparatı öz missiyası çərçivəsində Mars planetinin səthindən ilk süxur nümunəsi götürüb.

AZƏRTAC ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) saytına istinadla xəbər verir ki, sentyabrın 1-də “Perseverance” mars aparatından alınmış məlumatlara əsasən, mütəxəssislər Mars torpağından nümunə götürməyə uğurla nail olublar. Yerə göndərilmiş fotoşəkildə zədələnməmiş süxur nümunəsinin rezervuarda olduğunu görmək mümkündür.

Xatırladaq ki, avqustun 5-də “Perseverance” planet torpağından nümunə götürməyə cəhd etmişdi. Lakin bu cəhd uğursuz olmuşdu.

Ardını oxu »

Naxçıvandan başlanan tarixi missiya

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ili tamam olacaq. Bu 30 il dövlətçilik tariximizi şərəfləndirən hadisələrlə zəngindir. Möhtərəm Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ötən il Vətən müharibəsində qazandığımız şanlı Qələbə bütün bu hadisələrin zirvə nöqtəsidir. Bu Qələbə ilə cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, xalqımızın yenilməzliyini, dövlətimizin gücünü bütün dünyaya bəyan etdi.

Ardını oxu »

İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib

İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib<b style="color:red"></b>

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ardını oxu »

28 illik həsrət sonra çatdı – kəlbəcərlilər doğma yurdlarında

Kəlbəcər sakinlərinin bir qrupu rayonlarının azad olunmasından sonra ilk dəfə doğma yurdlarına səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan səfərdə yaşlı nəslin nümayəndələri, Başlıbel faciəsində şəhid olanların yaxınları, şəhər ziyalıları iştirak ediblər.

İyirmi səkkiz illik ayrılıqdan sonra doğma yurdlarına səfər edən kəlbəcərlilər Kəlbəcər tuneli qarşısında öldürülən azərbaycanlıların xatirəsini yad edib, əraziyə güllər düzüb, onların qisasının yerdə qalmadığını bildiriblər.

Ardını oxu »

Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı qətiyyətlə alınıb

Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

Ardını oxu »

Planlar sürətlə reallığa çevrilir

Qarabağın dirçəlişi fonunda keçmiş məcburi köçkünlər tezliklə doğma torpaqlarına qayıdacaqlar

Qarabağ 30 illik zülm-zillətdən sonra həsrətində olduğu ən xoşbəxt günlərini yaşayır, indi burada həyat qaynayır, təbiət canlanır…

Əzəli yurdumuz tarixi ədalətin bərpa olunmasının, haqqın öz yerini tapmasının təntənəsini yaşayır…

Bayram əhvali-ruhiyyəsi ilə əsl sahiblərinin qayıdışının, doğma övladları ilə görüşməyin sevincini bölüşür, azadlığının qürurverici fəxarətini bütün dünyaya hayqırır…

Ardını oxu »

Meksika televiziyasında Şuşa haqqında reportaj efirə gedib

Meksika televiziyasında Şuşa haqqında reportaj efirə gedib<b style="color:red"></b>

Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibə efirə gedib.

Azərbaycanın Meksikadakı Səfirliyindən 525.az-a verilən məlumata görə, müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşanın Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirən səfir şəhərin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 266
  • 98
  • 13,968
  • 52,517
ILK-10 Azeri Website Directory