Sentyabr 6, 2021

Qarabağ və Şərqi Zəngəzurda həyat öz axarına düşür

Tezliklə keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlarımızda əbədi yaşamağa qayıdacaqlar

“Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz…”

Cəmi yeddi sözdən ibarət, amma mənası milyonlarla qəlbə sevinc atəşi saçan bu ifadəni duymaqdan ötrü neçə illər həsrətlə gözləmiş, intizarla yaşamışdıq…

Bu, el-obasından, doğma yurdlarından, isti yuvasından didərgin düşərək, düz bir qərinədir ki, vətəndə qəribçilik çəkənlərin ürəyinin arzusu idi…

Ardını oxu »

Sülhməramlıların mandatı barədə Hikmət Hacıyevdən – Açıqlama

Sülhməramlıların mandatı barədə Hikmət Hacıyevdən -<b style="color:red"> Açıqlama</b>

“Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə “müəyyən müzakirələr hələ davam edir”.

525.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə deyib. O, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.

Ardını oxu »

Şuşalıların dədə-baba yurdlarına növbəti səfəri başlayıb

Şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarına növbəti səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcək, evlərinə baş çəkəcəklər.

Qeyd edək ki, Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.

Ardını oxu »

Obyektlərə girişdə vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? – RƏSMİ CAVAB

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı ən azı 1-ci dozanı qəbul etməlidir.

Trend-in məlumatına görə, həmin obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir.

Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?

Ardını oxu »

Taliblər Pəncşiri aldıqlarını elan edir, müqavimət hərəkatı isə bunu təkzib edir

Taliblərin nümayəndəsi  Zəbibulla Mücahid Əfqanıstanın Pəncşir əyalətinə nəzarəti tam əllərinə götürdüklərini elan edib. “ Düşmən yaraqlıların ( müqavimət hərəkatının) son dayağı  Pəncşir əyalətinə nəzarət tam olaraq Talibanın əlinə keçib… ölkənin tam təhlükəsizliyinin təmin olunması üçün gördüyümüz tədbirlər nəticəsini verdi və Pəncşir artıq İslam Əmirliyinin ( Taliban Əfqanıstanı artıq belə adlandırır) nəzarətindədir”- deyə Zəbubulla Twitter səhifəsində yazıb.

Talibanın nümayəndəsinin sözlərinə görə, müqavimətçilərin bəziləri döyüşlərdə məhv edilib,  qalanları isə qaçıb. Taliblər yerli əhaliyə onları sıxışdırmayacaqlarını bildiriblər.

Ardını oxu »

Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır

Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır<b style="color:red"></b>

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

525.az-ın  Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Ardını oxu »

“Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”

“Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”<b style="color:red"></b>

“Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yazılıb.

“Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir. Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, – məlumatda qeyd edilib.

Ardını oxu »

Türkiyəyə göndərilən daha 11 qazimiz sağalaraq Vətənə geri dönüb

Türkiyəyə göndərilən daha 11 qazimiz sağalaraq Vətənə geri dönüb<b style="color:red"></b>

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb:

1. Qurbanov Əbülfət Tanrıverdi oğlu
2. Rəhimov Ziyəddin Aşur oğlu
3. Yusifov Alik Elşən oğlu
4. Novruzov Rəşad  Lətif oğlu

Ardını oxu »

Narkomaniyaya qarşı bütün cəmiyyət səfərbər olmalıdır

Metamfetamin və ya “patı” adlandırılan zəhərli narkotik maddənin Azərbaycanda da yayılması hər kəsdə ciddi narahatlığa səbəb olub. Son vaxtlarda daxili işlər orqanlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələr satan onlarca narkotacir yaxalanıb. Hüquq mühafizə orqanlarının, o cümlədən geniş ictimaiyyətin narahatlığına səbəb olan bu xoşagəlməz hal müzakirələrə səbəb olub. Hər kəs övladının, yaxınlarının bu bəlanın əsirinə çevrilə biləcəyinin qorxusunu çəkir. “Patı”nın hər yerdə asanlıqla istehsal edilə bilinməsi və digər narkotik maddələrə nisbətən daha ucuz və asan əldə edilməsi də qorxu hissini ikiqat artırır.

Ardını oxu »

Leyla Abdullayeva Qarabağda minatəmizləmə işlərinin statistikasını açıqladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 10 noyabr üçtərəfli bəyanatından sonra işğaldan azad edilmiş ərazilərdə görülən işlərin siyahısını açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi özünün “Twitter” səhifəsində paylaşım edib.

O bildirib ki, 15 510 hektarlıq hissədən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 279
  • 102
  • 13,981
  • 52,530
ILK-10 Azeri Website Directory