Sentyabr 7, 2021

Professor: Koronavirusa yoluxmuş xəstələrin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır

Yeni növ koronavirus (COVID-19) infeksiyasının tərkibində 30 mindən çox aminturşusu var. COVID-19 ən uzun RNT genomuna malik virus olduğuna görə sürətli mutasiyaya məruz qala bilməz. Aktiv yoluxdurma dövrü dörd fəsildən çox olmayan bu tipli virus infeksiyalarda hər ay müəyyən genom fərqliliyi göstərən yalnız 2 mutant ştam əmələ gələ bilər. Yəni, hazırda COVID-19-un genom fərgliliyi göstərən ştamlarının ümumi sayı 24-dür. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun ştamlarını yunan əlifbası ilə adlandırmasının əsas səbəbi budur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Ardını oxu »

Ermənistanın sabiq Baş prokuroru tutulub

Ermənistanın sabiq Baş prokuroru tutulub<b style="color:red"></b>

Ermənistanın sabiq Baş prokuroru Aqvan Ovsepyan tutulub.

525.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, Aqvan Ovsepyan Xüsusi İstintaq Xidməti tərəfindən aparılan cinayət işi çərçivəsində saxlanılıb.

Ardını oxu »

Yoluxmaya qarşı qaydalara ciddi nəzarət insanlarda məsuliyyəti daha da artırmalıdır

Ölkəmizdə qızmar yay günləri bir az səngisə də, insanları səssiz ölümlə hədələyən COVID-19 pandemiyası tüğyan etməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən ölkəmizin şəhər, rayon və kəndlərində bu amansız infeksiyaya qarşı ciddi mübarizə aparılır.

Vaksinasiyadan, gigiyenik qaydalara əməl etməkdən tutmuş, küçə, prospekt, meydan, park və park tipli istirahət guşələrində mütəmadi olaraq, hər həftənin şənbə və bazar günləri təmizlik və dezinfeksiyaya qədər bütün işlər həyata keçirilir.

Ardını oxu »

Uşaq vaxtı düzgün qidalanmamaq gələcəkdə çox ciddi xəstəliklərə səbəb olur

Balanslı, ekoloji cəhətdən təmiz və faydalı qidalanma olmadan uşağın düzgün inkişafı mümkün deyil. Mütəxəssislər uşaq vaxtı düzgün qidalanmamağın gələcəkdə çox ciddi xəstəliklərə səbəb olduğunu söyləyirlər. Vitamin, antioksidant və mikroelementlərin çatışmadığı, karbohidrat və yağların çox olması, bol ədviyyat və zərərli əlavələr uşağın inkişafına mənfi təsir göstərir.

Qida mütəxəssisləri uşağın orqanizmi üçün ən təhlükəli məhsulların siyahısını tərtib ediblər. Bu barədə AZƏRTAC-a məlumat verən Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib: “Yağlar, karbohidratlar, kansoregenlər, rəng və dadvericilərlə zəngin olan çipsilər insult və infarkt riskini artırır.

Ardını oxu »

Azərbaycanın və Türkiyənin sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir

Azərbaycanın və Türkiyənin sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin növbəti mərhələsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Ardını oxu »

Prezident yeni naziri qəbul etdi

Prezident yeni naziri qəbul etdi <b style="color:red"> </b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

525.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı: – Siz gənclər və idman naziri vəzifəsinə təyin edilirsiniz, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Ölkəmizin idman ictimaiyyəti sizi yaxşı tanıyır. Siz uzun illər idman sahəsində fəaliyyət göstərirsiniz, eyni zamanda, siz Avropa Gimnastikasının prezidentisiniz. Bu vəzifəyə bir neçə il bundan əvvəl seçilmisiniz və bu, onu göstərir ki, beynəlxalq arenada da nüfuz qazanmısınız. Bu amilləri nəzərə alaraq, bu yüksək etimadı sizə göstərirəm və ümid edirəm ki, idman sahəsində, gənclər siyasəti sahəsində yaxşı nəticələr olacaq.

Ardını oxu »

Dövlət başçısı Şimali Makedoniya prezidentini təbrik edib

Dövlət başçısı Şimali Makedoniya prezidentini təbrik edib<b style="color:red"></b>

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti cənab Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Ardını oxu »

Təhsil naziri dərs ilinin başlanmasına həsr olunmuş brifinq keçirib -Yenilənib

Təhsil naziri dərs ilinin başlanmasına həsr olunmuş brifinq keçirib -<b style="color:red"> Yenilənib</b>

Təhsil naziri Emin Əmrullayev dərs ilinin başlanmasına həsr olunmuş brifinq keçirib.

525.az xəbər verir ki, nazir qarşıdan gələn dərs ilinin hansı qaydada təşkil olunacağı barədə məlumat verib.

Daha sonra E. Əmrullayev, Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və təhsil nazirinin müşaviri Rüstəm Ağayev mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Ardını oxu »

Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək

Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək<b style="color:red"></b>

“Tələbələr bu tədris ilində təhsil tələbə krediti ala biləcəklər”.

525.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 239
  • 89
  • 13,941
  • 52,490
ILK-10 Azeri Website Directory