Sentyabr 8, 2021

Qarabağ xanlarının ailəsi hansı binalarda yaşayıb?

Qarabağ xanlarının ailəsi hansı binalarda yaşayıb?<b style="color:red"></b>

Qarabağ hakimi Pənahəli xan Cavanşir 1750-ci ilin yayında Şuşa qalasının bünövrəsini qoyandan dərhal sonra həm qala divarlarının tikintisinə, həm də “Çuxur məhəllə” adıyla tanınan ərazidə özü, qardaşları və övladları üçün imarətlər tikdirməyə başladı. Az müddət içərisində memarlıq cəhətdən bir-birindən müxtəlif cizgiləri, detalları, estetik gözəlliyi ilə fərqlənən bir neçə möhtəşəm, gözəgəlimli inzibati və yaşayış binaları ucaldıldı…

525.az-ın məlumatına görə, Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyev bu barədə Azərtac-ın müxbirinə məlumat verərək deyib:

Ardını oxu »

Sabiq icra başçısı həbsxanada vəfat etdi

Sabiq icra başçısı həbsxanada vəfat etdi<b style="color:red"></b>

Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

525.az Report-a istinadən məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib. 

Ardını oxu »

Rusiyada nazir iş başında həlak oldu

Rusiyada nazir iş başında həlak oldu<b style="color:red"></b>

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

525.az xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN yayıb.

Məlumata əsasən, 55 yaşlı Yevgeni Ziniçev idarələrarası təlimlərdə bir insanın həyatını xilas edərkən həlak olub.

Ardını oxu »

Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb

Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb<b style="color:red"></b>

Gələn il dövlət büdcəsinin xərclərinin 15,5 faizi müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılacaq.

525.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Azərbaycan Respublikasının 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.

Ardını oxu »

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib<b style="color:red"></b>

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Ardını oxu »

“Öz ərazisində hərbi təlim keçirmək regional təhlükəsizliyə təhdid deyil”

“Öz ərazisində hərbi təlim keçirmək regional təhlükəsizliyə təhdid deyil”<b style="color:red"></b>

“Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”.

Bunu 525.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva söyləyib.

Ardını oxu »

Tibb işçilərinin sertifikasiya imtahanları ilə bağlı yeniliklər açıqlanıb

Tibb işçilərinin sertifikasiya imtahanları ilə bağlı yeniliklər açıqlanıb<b style="color:red"></b>

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə rezidentura səviyyəsi üzrə 18 yeni ixtisas əlavə olunub. Bu ixtisaslar üzrə tibb işçilərinin sertifikasiya imtahanlarına ediləcək yeniliklər hazırlanır”.

525.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib. Onun sözlərinə görə, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlanmalıdır: “Hazırda bununla bağlı iş gedir. Əsas dəyişiklik pediatriya və stmatologiya üzrədir”.

Ardını oxu »

Qarabağın bərpası ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq -Maliyyə Nazirliyi

Qarabağın bərpası ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq -<b style="color:red"> Maliyyə Nazirliyi</b>

2022-2025-ci illər üçün xərclərin əsas prioritetlərindən biri müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidənqurması və ölkə iqtisadiyyatına reinteqrasiyası olacaq.

525.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Ardını oxu »

Tovuz rayon İcra Hakimiyyətinin başçısı 2021-ci ildə yüksək balla tələbə adını qazanmış gənclərlə görüş keçirmişdir

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov cari ilin məzunlarından 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclər, şəhid və qazi ailələrinin üzvləri ilə görüş keçirmişdir. Heydər Əliyev Fondu tərəfindən Bozalqanlı kəndində tikilmiş 6 korpusdan ibarət 1200 yerlik müasir məktəb kompleksinin geniş akt zalında baş tutan görüşdə çıxış edən M.Məmmədov qeyd etmişdir ki, bu ilki görüş xüsusi bir şəraitdə həyata keçirilir. Biz qalib xalqın qalib övladları kimi sizlərlə görüşürük. İcra Hakimiyyəti başçısı şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız 30 ildən sonra işğaldan azad olunmuşdur. 2020-ci il Azərbaycan üçün Zəfər ili olmuşdur. Siz qalib xalqın övladlarısınız və Zəfər tariximiz bizim milli qürur mənbəyimizdir.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 268
  • 98
  • 13,970
  • 52,519
ILK-10 Azeri Website Directory