Sentyabr 9, 2021

Prezident İlham Əliyev Estoniyanın yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniyanın yeni Prezidentini təbrik edib<b style="color:red"></b>

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidenti Alar Karisi təbrik edib.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Karis,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

Ardını oxu »

Narkomaniyaya qarşı mübarizə gücləndirilməlidir

Cəmiyyət ona qoşulmasa, bu bəşəri fəlakətin miqyası daha da yüksələ bilər

Bütün məsələlərdə ayıq-sayıq olmağı unutmasaq da, nədənsə son dövrlər narkomaniyanın ölkəmizdə “ayaq açıb” genişlənməsi təkcə ailələri deyil, cəmiyyəti, eləcə də hakimiyyəti ciddi narahat edir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən qalib çıxan bir xalqın “ağ ölüm”ə tabe olması qətiyyən yolverilməzdir.

 Acınacaqlısı odur ki, tibb mütəxəssisləri, hətta paytaxt Bakıda fəaliyyət göstərən bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə də həyəcan siqnalı çalınmaqdadır. Ona görə də ölkədə narkotiklərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimayyətin də mübarizə aparmasının vacibliyi xüsusi önəm daşıyır.

Ardını oxu »

Mobil telefonu yataq otağında saxlamayın

Mobil telefonlar həyatımızın ayrılmaz aksesuarına çevrilsə də, mütəxəssislər onunla ehtiyatlı davranmağa çağırırlar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar insan orqanizmini müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir. Ümumiyyətlə, radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Onlardan ən təhlükəlisi rentgen, ultrabənövşəyi və qamma şüalarıdır. Cihazı ələ götürən kimi orqanizm radiasiyaya məruz qalır, eyni zamanda gözlər və yaddaş tədricən zəifləyir.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Televizor və telefona çox baxanlarda uzağı zəif görmə əmələ gəlir. Mobil telefon və planşetlərin əks təsiri illər keçəndən sonra özünü göstərir. Boyun və baş ağrıları, bel və onurğa əyrilikləri əmələ gəlir”.

Ardını oxu »

Ərdoğan Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək

 Ərdoğan Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək<b style="color:red"></b>

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb.

Ardını oxu »

Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir

Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir - <b style="color:red">Video</b>

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Ardını oxu »

Gədəbəydə kartof yığımında yüksək göstəricilər əldə olunur

Məhsulun artıq yarıdan çoxu toplanıb

Hər bir ölkədə iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərti etibarlı ərzaq təminatıdır. Bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlər hesabına uğurlu nəticələrə nail olunur. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönəldilən irimiqyaslı tədbirlər nəticəsiz qalmır.

Aqrar sahəyə dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artdıqca, uğurların sayı da çoxalır. Xüsusilə yeni texnikaların alınması, subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrə və yanacağın, eləcə də kreditlərin verilməsi kəndlini torpağa  daha sıx bağlayır.

Ardını oxu »

Parisdə Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsi yad edilib

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin, UNESCO yanında Daimi Nümayəndəliyimizin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev, Parisdəki diplomatlarımız, fransız deputatlar, jurnalistlər, yerli ictimaiyyətin, eləcə də diasporamızın nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Əmək haqlarının hansı şərtlərlə artırılacağı açıqlanıb

Əmək haqlarının hansı şərtlərlə artırılacağı açıqlanıb<b style="color:red"></b>

Növbəti 3 il ərzində əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması dövlət büdcəsində xərclər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.

525.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.

Ardını oxu »

Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlanır

Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlanır<b style="color:red"></b>

Sentyabrın 9-dan 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) qeydiyyat başlanır.

Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 16-dək davam edəcək. Sentyabrın 26-da isə rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 233
  • 86
  • 13,935
  • 52,484
ILK-10 Azeri Website Directory