Sentyabr 10, 2021

Azərbaycan Ordusunda MAXE-lərin toplanışı başlayıb

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit və gizir hazırlığı kursları ilə yanaşı, müddətdən artıq həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar üçün də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ildə bir neçə dəfə kurslar təşkil olunur.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində avqustun 9-dan başlanan növbəti müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçularının hazırlığı kursunda da kifayət qədər gənc hərbi ixtisaslara yiyələnir.

Ardını oxu »

Azərbaycan gənclərinin Şuşaya səfəri başlayıb

Sentyabrın 10-da gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olacaqlar.

Ardını oxu »

Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı qanun layihəsi hazırlanır

Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı qanun layihəsi hazırlanır<b style="color:red"></b>

Gürcüstan parlamentində azərbaycanlı vətəndaşlara soyad sonluqlarını dəyişdirməyə hüquqi əsas verəcək qanun layihəsinin müzakirəsi üçün işçi görüş keçirilib.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidmətindən bildirilib.

Görüşdə İnsan haqları və vətəndaş inteqrasiyası məsələləri üzrə Komitənin sədri Mixeil Sarcveladze, onun müavini Savalan Mirzəyev, parlament üzvü Zaur Darğallı, ədliyyə nazirinin müavini Tornike Çeişvili və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Yaqub Zurufçunun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Aynur Zurufçu açıqlamasında bildirib ki, koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb:

“Dünən həkimi bildirdi ki, bir-iki gün vaxt lazımdı. Görək bu müddət ərzində orqanizmi müalicəyə necə reaksiya verəcək. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mənə zəng vurdu.

Ardını oxu »

Şərin məğlubiyyəti

Regionun sonuncu ölkəsinin “birinci xanım”ının arzusu necə ürəyində qaldı

Müharibə təkcə səngərlərdən, artilleriya və raket zərbələrindən, texnikaların toqquşmasından, ağır və qanlı üzbəüz döyüşlərdən keçmir. O, eyni zamanda diplomatik masada, ideoloji cəbhədə gedir. Biz 44 günlük Vətən müharibəsində bunların bir daha şahidi olduq, Azərbaycan Prezidenti İlham Əliyevin 30-dan çox müsahibə ilə düşmən təbliğatını ağır zərbələrlə necə darmadağın etdiyini gördük.

Ardını oxu »

Milli Məclisin Sədri: “Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəyə ardıcıl dəstək göstərir”

Sentyabrın 9-da Avstriyanın paytaxtı Vyana şəhərində Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova tədbirdə çıxış edib. S.Qafarova 11 sentyabr hadisələrindən sonra terrorizmin qarşısının alınmasının və onunla mübarizənin dövlətlərin  gündəliyində dayanan ən vacib məsələlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq ictimaiyyət hazırkı mərhələdə təhlükəsizliyə təhdid və əsas insan hüquqlarının kobud surətdə pozulması olan terrorizmlə mübarizəyə paralel olaraq, BMT çərçivəsində qəbul edilmiş beynəlxalq sənədlərdə effektiv antiterror tədbirlərinin əsas elementlərdən biri kimi qəbul edilmiş terror qurbanlarının hüquqlarını tam nəzərə almalıdır.

Ardını oxu »

Danimarka bütün koronavirus məhdudiyyətlərini ləğv edib

Danimarkada pandemiya ilə bağlı tətbiq olunan bütün məhdudiyyətlər sentyabrın 10-na keçən gecə ləğv edilib.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, bu gündən etibarən gecə klublarına gələn müştərilərdən COVID-pasport tələb olunmayacaq. Həmçinin ictimai yerlərdə maska taxmaq məcburiyyəti, yaxud kütləvi tədbirlərdə və yığıncaqlarda iştirakçıların sayına qoyulan maksimim 500 nəfərlik məhdudiyyət aradan qalxır.

Bununla yanaşı, ölkəyə girişdə bəzi məhdudiyyətlər qüvvədə qalır, həmçinin infeksiyanın yayılacağı təqdirdə məktəblər bağlana bilər.

Ardını oxu »

Azərbaycanda orta aylıq əmək haqqı 2% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 2% artıb<b style="color:red"></b>

Bu il avqustun 1-nə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və ya 0,5 % artaraq 1 689,7 min nəfər olmuş, onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ardını oxu »

Prezident “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib

Prezident “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

525.az xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb. Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. İndi isə üçrəngli Azərbaycan bayrağı altında beynəlxalq sularda üzəcək “Kəlbəcər” neft tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bunun çox böyük rəmzi mənası var.

Ardını oxu »

Gəncədə Nizaminin 880 illiyinə həsr edilən ümumşəhər tədbiri keçirilib

YERLİ RƏHBƏRLİYİN TƏŞƏBBÜSÜ İLƏ DAHİ MÜTƏFƏKKİRİMİZİN HƏYAT VƏ YARADICILIĞINI GENİŞ ŞƏKİLDƏ ƏKS ETDİRƏCƏK İNTERNET SAYTI DA HAZIRLANIR

Gəncədə Nizaminin 880 illiyinə həsr edilən ümumşəhər tədbiri keçirilib<b style="color:red"></b>

Dövlət başçısının müvafiq sərəncamına əsasən Azərbaycanda dahi mütəffəkirimiz Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq bu ilin “Nizami ili” elan edilməsinin işığında ölkəmizdə rəngarəng tədbirlərin keçirilməsi davam edir.

525.az xəbər verir ki, dahi şairimizin doğma yurdu Gəncədə keçirilən irimiqyaslı tədbirə yüzlərlə şəhər sakini qatılıb. Böyük ümumşəhər tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutub. Tədbirdə Gəncə şəhərinin rəhbəri Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları – Zəki Öztürk və Nikolos İaşvili, millət vəkilləri, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 269
  • 99
  • 13,971
  • 52,520
ILK-10 Azeri Website Directory