Sentyabr 13, 2021

Daha 1157 nəfər koronavirusa yoluxub

Daha 1157 nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

525.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 31 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib. 42 646 nəfər aktiv xəstə sayını təşkil edib.

Ardını oxu »

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimlərindən fotoreportaj

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimlərindən fotoreportaj <b style="color:red"></b>

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin Bakıda keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimindən görüntülər yayıb.

525.az xəbər verir ki, görüntülər nazirliyin tviter hesabında paylaşılıb. Qeyd edək ki, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.

Ardını oxu »

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,12 milyon manat ayrılıb -Sərəncam

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,12 milyon manat ayrılıb -<b style="color:red"> Sərəncam</b>

Prezident İlham Əliyev Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sətəncama əsasən, Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon (bir milyon bir yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Ardını oxu »

Polis Gorus-Qafan yolunda İranın yük maşınlarını yoxlamağa başladı

Polis Gorus-Qafan yolunda İranın yük maşınlarını yoxlamağa başladı<b style="color:red"></b>

Bu gün saat 12:00-dan etibarən Azərbaycan polisi Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını yoxlamağa başlayıb.

525.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılıb.

Ardını oxu »

Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə “Zəfər tarixi” tədris ediləcək

Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə "Zəfər tarixi" tədris ediləcək <b style="color:red"></b>

“Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə ilk dəfə “Zəfər tarixi” fənni tədris ediləcək”.

525.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

Nazir bildirib ki, bu fənn tədris dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində 1 saat keçiriləcək: “Burada tək 44 günlük dövrü deyil, bu günə qədər olan tariximizi gənclərə çatdıracağıq”.

Ardını oxu »

Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb

Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb<b style="color:red"></b>

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib.

Təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edən kontr-admiral S.Bəkirov onlara gələcək xidmətlərində daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Ardını oxu »

Rusiyada təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

Rusiyanın İrkutsk vilayətində təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, İrkutsk vilayətinin Kazaçinsk yaşayış məntəqəsi yaxınlığında qəza enişi etmiş təyyarənin iki sərnişini və iki heyət üzvü həlak olub, 12 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə əlaqədar Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Xatırladaq ki, “Aeroservis” şirkətinə məxsus “L-410” təyyarəsi İrkutsk vilayətinin Kazaçinsk yaşayış məntəqəsi yaxınlığında meşəyə düşüb. Təyyarədə 14 sərnişin və 2 heyət üzvü olub.

Ardını oxu »

Fuat Oktay: “TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər

Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadır Japarovla razılığa gəldiklərini açıqlayıb.

Bu vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib: “Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir”.

Ardını oxu »

Ağdam tezliklə regionun ən müasir şəhərinə çevriləcək

Sentyabrın 12-də Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri təşkil edilib. Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlıları doğma şəhərlərində salamlayıb. Bildirib ki, məcburi köçkünlər 30 ilə yaxındır doğma yurdlarına gəlmək həsrəti ilə yaşayırdılar.

Ardını oxu »

Koronavirusun ağ ciyər xərçənginə bənzər xüsusiyyətləri aşkarlanıb

Türkiyənin Kastamonu vilayətində COVID-19-a yoluxan 52 yaşlı xəstədə koronavirusun ağ ciyər xərçənginə bənzər xüsusiyyətləri aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya müraciət edən bu şəxsin təhlil nəticələrində ağ ciyərinin sağ hissəsində diametri 4 santimetr olan şiş müəyyən edilib və xəstəyə xərçəng diaqnozu qoyularaq əməliyyata alınması məsləhət görülüb. Əməliyyatdan qabaq COVID-19 testi pozitiv çıxan xəstəyə ediləcək tibbi müdaxilə təxirə salınıb. On dörd günlük karantin müddətindən sonra COVID-19 testi neqativ nəticə verən bu şəxsin müayinələri zamanı ağ ciyərindəki şişin yox olduğu görülüb.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 229
  • 84
  • 13,931
  • 52,480
ILK-10 Azeri Website Directory