Sentyabr 14, 2021

İlham Əliyev Qafqazın ən qüdrətli ordusunun gücünə güc qatır

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri birliyin, qardaşlığın növbəti təzahürüdür

Vətən müharibəsindəki şanlı qələbədən aylar ötməsinə baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi bu gün də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsl savaşı kimi dəyərləndirilir.

Ardını oxu »

Böyük zəfərin tarixi zəmini

Şuşa Bəyannaməsi zirvəsindən Qars müqaviləsinə baxış

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsində iki dost və qardaş ölkə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Şuşa Bəyannaməsi tarixi varisliyi göstərməklə Qars müqaviləsinin həyatiliyini bir daha təmin etdi.

Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qarsda imzalanmış müqavilənin 100 illiyi bu il tamam olur. İmzasının olmasına baxmayaraq, Ermənistanda və xarici ölkələrdə Qars müqaviləsinə qarşı çıxan və onu dəyişdirmək istəyən erməni qrupları hələ də fəaliyyət göstərirlər.

Ardını oxu »

İşçinin gəlir vergisindən iki güzəşt hüququ olduqda ona hansı güzəşt tətbiq edilir?

İctimai maraq doğuran aktual məsələlərdən biri də əməkhaqqına aid güzəştlərlə bağlıdır. Belə ki, bəzən bir işçinin gəlir vergisindən iki güzəşt hüququ olur. Bu halda məsələ necə tənzimlənir?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxsin iki güzəşt hüququ olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Ardını oxu »

Ermənistanın raket atəşlərindən zərər çəkmiş Gəncə sakinlərinin müraciətləri dinlənilib

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində  zərər çəkən sakinləri ilə növbəti görüş keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, podratçı şirkətlərin rəhbərləri iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri fərdi yaşayış ev və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşları tək-tək dinləmişlər. Onlayn qaydada keçirilən görüşdə sakinləri rahatsız edən məsələlərə aydınlıq gətirilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Görüşdə o da vurğulanmışdır ki, sakinlərə dəyən ziyanın tezliklə aradan qaldırılması üçün belə dinləmələr tez-tez keçiriləcək.

Ardını oxu »

Ötən həftə 293 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 119, tank əleyhinə 30 mina və 109 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ardını oxu »

İtaliya mətbuatı Qarabağdakı bərpa işlərindən yazdı

İtaliya mətbuatı Qarabağdakı bərpa işlərindən yazdı<b style="color:red"></b>

İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariuş Rahiminianın müəllifi olduğu “Azərbaycan. Üçtərəfli bəyanatdan 300 gün sonra Qarabağda bərpa işləri” sərlövhəli məqalə dərc olunub.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə müəllif Qarabağ bölgəsinin 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı hərbi işğalı nəticəsində başlanmış və 2020-ci il noyabrın 9-da Azərbaycan Ordusunun azad etməsi ilə yekunlaşmış münaqişə ilə tanındığını qeyd edərək imzalanmış üçtərəfli bəyanatın hərbi əməliyyatların dayandırılmasına gətirib çıxardığını və nəticədə bütün azad edilmiş ərazilərin Azərbaycan tərəfindən başladılmış sürətli və məhsuldar yenidənqurma yoluna qədəm qoyduğunu bildirir. Qeyd edilir ki, Azərbaycan bu ərazilərdə bərpa, yenidənqurma və müharibədən sonrakı reinteqrasiya mərhələsinə başlayıb və bir milyon azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtması üçün əsas şərt sülh, minalardan təmizlənmə və bərpa quruculuq işləridir.

Ardını oxu »

Ölkə üzrə pensiyalar sentyabrın 15-də tam ödəniləcək

Ölkə üzrə pensiyalar sentyabrın 15-də tam ödəniləcək<b style="color:red"></b>

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə 525.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Ardını oxu »

Təhsil işçiləri və tələbələrə vaksinasiya ilə bağlı güzəşt edilə bilər

Təhsil işçiləri və tələbələrə vaksinasiya ilə bağlı güzəşt edilə bilər<b style="color:red"></b>

“Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib”.

525.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müzakirələr davam edir: “Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək. Nəticədə onlar ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Ardını oxu »

Baş nazir Əli Əsədov qərar imzalayıb

Baş nazir Əli Əsədov qərar imzalayıb<b style="color:red"></b>

Nazirlər Kabineti “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”nın təsdiq edilməsi barədə qərar verib.

525.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə qaydası təsdiq edilib.

Ardını oxu »

Azad olunan ərazilərdə 3 hərbi prokurorluq yaradılıb

Azad olunan ərazilərdə 3 hərbi prokurorluq yaradılıb<b style="color:red"></b>

İşğaldan azad edilən ərazilərdə 3 hərbi prokurorluq yaradılıb.

525.az-ın məlumatına görə, bunu Hərbi Prokurorluğun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılıb, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılıb.

Ardını oxu »
Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 239
  • 89
  • 13,941
  • 52,490
ILK-10 Azeri Website Directory