Yanvar 7, 2022

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Ardını oxu »

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Ardını oxu »

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki   Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

Ardını oxu »

Pensiyalar bu tarixdə ödəniləcək

Pensiyalar bu tarixdə ödəniləcək

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan 525.az-a bildirilib.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay qrafik üzrə ödəniləcək.

Ardını oxu »

Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA

“Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur”.

Bu barədə Adalet.az-a Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır:

“Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir”.

Ardını oxu »

Daşkəsən: “Şuşa ili” başladı

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

Qalib Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili “Şuşa ili” elan etdi. Yanvarın 5-də isə Prezident bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Şuşa ili” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırıldı.

Ardını oxu »

Gəncə: Şəhərdə genişmiqyaslı təmir-bərpa və abadlıq işləri görülür

2022-01-06Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələrinin əməkdaşları tərəfindən gün ərzində şəhərin müxtəlif ərazilərində təmizlik və təmir-bərpa işləri görülür, yaşıllıqlara qulluq göstərilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən görülən işlər hazırda Heydər Əliyev, Ş.İ.Xətai, Nizami Gəncəvi və Atatürk prospektlərini, H.Əliyev, Z.Hacıyev, M.A.Abbaszadə və digər küçələri əhatə edir.

Görülən işlər çərçivəsində küçə və prospektlərdə olan yaşıllıqlara qulluq göstərilir, ağacların dibləri bellənir, qurumuş budaqları kəsilir, yeni ağac və gül kolları əkilir. Qeyd etmək yerinə düşər ki, son 3 ayda Gəncənin müxətlif ərazilərində 8 mindən çox ağac əkilib və bu proses hazırda da davam etdirilir.Gəncənin küçə işıqlandırılması sisteminə də xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, şəhərdə hazırda bu sahədə yeni layihə icra olunur.

Ardını oxu »

Tovuz: Peyvəndləmə prosesi davam edir


Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda da əhalinin peyvənd olunması prosesi uğurla davam edir.

Tovuz rayonunda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır.

Bu günədək Tovuz rayonu üzrə ümumilikdə 188094 doza vaksin vurulub. Bunlardan 84933 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 75910 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza, 27251 nəfər üçüncü doza peyvənd olunanlardır.

Ardını oxu »
Arxiv
Təqvim
Yanvar 2022
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 5,780
  • 17
  • 46,927
  • 85,608
ILK-10 Azeri Website Directory