Yanvar 10, 2022

Azərbaycanın Qazaxıstandakı Səfirliyi müraciət yayıb

Azərbaycanın Qazaxıstandakı Səfirliyi müraciət yayıb

“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir”.

525.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müraciətində bildirilib.

“Bu səbəbdən xatırladırıq ki, Səfirliyin nursultan@mission.mfa.gov.az elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Ardını oxu »

Qazaxıstanda olan vətəndaşlarımızın bir qismi Azərbaycana qayıdıb

Qazaxıstanda olan vətəndaşlarımızın bir qismi Azərbaycana qayıdıb

“Məlum olduğu kimi, artıq Qazaxıstanın Nur-Sultan şəhərindən bəzi istiqamətlərdə, o cümlədən Moskva və Dubay şəhərlərinə, beynəlxalq uçuşlar yenidən fəaliyyətə başlayıb”.

Bu barədə 525.az-a Azərbaycanın Qazaxıstandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu ölkədə müvəqqəti səfərdə olan vətəndaşlarımızın bir qismi hava yolları ilə Azərbaycana qayıdıb.

Ardını oxu »

Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb

Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb

Yanvarın 8-də Baş Prokurorluqda 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə 525.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm uğurlara imza atmaqla növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıldığını bildirib.

Ardını oxu »

Cəfakeş teatr adamı – Tehran Əlişanoğlu yazır

TEATRŞÜNAS VİDADİ QAFARLININ 60 YAŞINA

Cəfakeş teatr adamı - Tehran Əlişanoğlu yazır

Tehran ƏLİŞANOĞLU
AMEA-nın müxbir üzvü

Teatrşünas, teatr tənqidçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarlını 60 yaşın tamamında qutlayır, alqışlayıram.

Vidadi Qafarlı ilə otuz beş ilin dostuyuq. Bir az o yan, bir az bu yana. Bu uzun məsafədə nə zaman, nə cəmiyyət, nə də həyat aramıza girə bilibdir. 1980-ci illər gəncliyimizi bölüşmüşük. Hər insanın həyatında özünü passionari hiss etdiyi dövrlər olur. Bu dövrümüz bir yerdə keçibdir. Mən ədəbiyyat sahəsində boynuma düşəsi nələrinsə olduğu, Vidadi teatr sahəsində məhz onun eləyə biləcəyi, etməli olduğu işlərin sevdası ilə alışıb-yanıbdır. Bir az optimist yanaşsaq, boynumuzda olanı etmişik də; bacardığımız qədər, nə bir addım irəli, nə mümkündən çox.

Ardını oxu »

Hulusi Akar: Azərbaycanlı qardaşlarımızla bundan sonra da “İki dövlət, bir millət” anlayışı ilə bir yerdə olacağıq

Hulusi Akar: Azərbaycanlı qardaşlarımızla bundan sonra da “İki dövlət, bir millət” anlayışı ilə bir yerdə olacağıq

Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyatda qalmaq mübarizəsi aparan əsgərlərimiz azərbaycanlıların köməyi sayəsində sağ qala bildilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış faciəsinin 107-ci ildönümü ilə əlaqədar Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Kızılçubuk zirvəsində təşkil olunan mərasimdə çıxışı zamanı ifadə edib.

Ardını oxu »

Şuşanın xilası – dünya hərb tarixinin şah əsəri

“Şuşa ili” isə bu qədim Azərbaycan şəhərinin mədəni irsini dünyaya yenidən tanıtdıracaq

Hər bir xalqın tarixində onu bəşəriyyətin mizan-tərəzisinin gözündə şöhrətin zirvələrinə qaldıran və ya məğlubiyyətin uçurumlarına çökdürən qeyri-adi hadisələr baş verir. Bu baxımdan erməni işğalçı ordusuna Qarabağda tutulan divan və Şuşanın azad edilməsi dünyanın hərb tarixində nadir hadisələrdəndir.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu ilə birlikdə dünyanın hərb tarixinə güclü və ən müasir orduların belə ağlına gəlməyən yeniliklər gətirdi. Beləliklə, Şuşa qələbəsi əfsanəyə, Azərbaycanın döyüş brendinə çevrildi. Bu qədim qala şəhərində aparılan ağlasığmaz döyüşlər ən qüdrətli dövlətlərin hərbi ekspertləri, məşhur alimləri və eyni zamanda NATO-nun ekspertləri tərəfindən diqqətlə araşdırılmaqdadır.

Ardını oxu »

“Nizami ili”nin yaddaqalan tədbirləri

Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilməsi Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramı oldu.

Əlamətdar il çərçivəsində respublikamızda və ölkə xaricində, beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər, təqdimatlar keçirildi. Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə, həmçinin tamaşa nümayişləri, konsert və sərgilər əlamətdar ilin yaddaqalan tədbirləri oldu.

Ardını oxu »

Azərbaycanda koronavirusun “Omikron” ştammı aşkarlanıb

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır: “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “Omikron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.

Ardını oxu »

Göygöldə mağazalardan oğurluq edənlər tutuldu

goygolde-magazalardan-ogurluq-edenler-tutuldu

Göygöl rayonunda mağazalardan 12 min manatlıq oğurluq edilib. Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək qeyri qanuni yola daxil olaraq oradan ümumilikdə 12 000 manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.

Ardını oxu »

Gəncə: Niyazi Bayramov şəhərdə gedən abadlıq-quruculuq işləri ilə yerində tanış olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aidiyyəti qurumların rəsmi nümayəndələri ilə birgə Gəncənin bir sıra ərazilərində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə tanış olub. Niyazi Bayramova məlumat verilib ki,  gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır.

Belə ki,  yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunu., çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir.

Ardını oxu »
Arxiv
Təqvim
Yanvar 2022
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 5,786
  • 17
  • 46,933
  • 85,614
ILK-10 Azeri Website Directory