Yanvar 11, 2022

Erməni deputat: Paşinyan hökuməti prinsipsiz və dəyərsizdir

Nikol Paşinyan hakimiyyəti öz prinsipsizliyini və dəyərsizliyini bir daha göstərdi.

AZƏRTAC xəbər verir ki, bunu “pasdinfo.am” nəşrinə müsahibəsində Ermənistan parlamentinin İqtisadi məsələlər daimi komissiyasının sədri, Hayastan fraksiyasının üzvü Vahe Akobyan deyib.

Deputat hesab edir ki, hakimiyyətə küçədən gələn, 1 martda (söhbət 2008-ci ildən gedir) insanları küçələrə çağıran, qan axıdılmasının səbəbkarlarından biri olan insanın KTMT Şurasının sədri kimi Qazaxıstana qoşun yeridilməsi ilə bağlı qərar imzalaması mənəviyyatsızlıqsan başqa bir şey deyildi.

Ardını oxu »

Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı açıqlanıb

Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı açıqlanıb

Azərbaycanda ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı məlum olub.

525.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev məlumat verib.

Onun sözlərinə görə, 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib: “Həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb. Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir”.

Ardını oxu »

Qazaxıstana yeni Baş nazir təyin edilib

Qazaxıstana yeni Baş nazir təyin edilib

Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev yeni Baş nazir təyin edib.

525.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, yeni Baş nazir Alixan Smailov təyin olunub.

Ardını oxu »

Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib

Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı yenə dəyişib.

525.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Qarabağdakı sülhməramlı qüvvələrə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Ardını oxu »

İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezidentlə görüşüb

İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezidentlə görüşüb

Prezident İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb.

525.az xəbər verir ki, Azərbaycan lideri Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib.

Dövlət başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Avropa İttifaqı, NATO) 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb.

Ardını oxu »

2000-dən çox şəxsin əmək pensiyasının əksik ödənildiyi məlum olub

2000-dən çox şəxsin əmək pensiyasının əksik ödənildiyi məlum olub

“Son bir-iki il ərzində 2000-dən çox şəxsin əmək pensiyasının əksik ödənildiyi aşkarlanıb. Nəticədə həmin şəxslərin əmək pensiyaları təkrar olaraq yenidən hesablanıb”.

525.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, orta hesabla pensiya məbləğləri orta hesabla 633 manatdan 739 manata qədər artırılıb: “Həmin kontingentə keçmiş dövr üzrə ödənilməli olan 3 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait də ödənilməkdədir”.

Ardını oxu »

Güclü lideri güclü lider əvvəzləməlidir! -Etibar Əliyev yazır

Bakıda 20 Yanvarda törədilmiş qırğınlar zamanı ölkə informasiya blokadasına alınmışdı. Bu blokadanı Ulu öndərimiz Heydər Əliyev dağıtdı. Moskvada Azərbaycan nümayəndəliyinə gələrək  bu qanlı hadisənin siyasi mahiyyətini açdı. Bundan sonra Dünya mətbuatı Bakıda törədilən qırğınlar barədə yazmağa başladı. 

İndi qazax ziyalıları, siyasətçilərindən xəbər yoxdur. Anında münasibət bildirilməli idi. Daldan atılan daş topuğa da dəymir. Bu böyüklükdə olan ölkənin xaricdə xeyli ziyalıları və alimləri var. Nədənsə onlar da susurlar. Qazaxıstanda baş verənlər onu göstərdi ki, hər bir ölkənin davamlı inkişafı və yadellilərdən xilası üçün yeganə yol güclü liderin mütləq güclü liderlə əvəzlənməsidir.

Ardını oxu »

Məktəbdə mənə vurulan ilk və sonuncu şillə -Sevil Gültən yazır

Son günlər facebook dostlarımın əksəriyyəti bir şagirdə əl qaldıran məktəb direktorunu “ qamçılamaqla” məşğuldur. Əlbəttə, müəllimin şagirdə əl qaldırmasınn əleyhinəyəm. Amma istisnalar olmalıdır. Bəzən şagird müıəllimi o həddə çatdırır ki, onu döyməkdən başqa çarə qalmır.

Heç kim maraqlanmır ki, o videonu kim çəkib? Əgər müəllim çəkibsə, lap pis, şagird çəkibsə ikiqat pis. İnsanın özündən xəbərsiz videosunu çəkib yaymaq əxlaqsızlıq deyilmi? Nədənsə o video paylaşılan gündən orta məktəbdə mənə vurulan ilk və sonuncu şilləni xatırlayıram.

Ardını oxu »

“Omicron” ştammının yayılma sürəti “Delta”dan 70 dəfə çoxdur – İnfeksionist

Koronavirusun “Omicron” ştammının yayılma sürəti virusun “Delta” növündən 70 dəfə çoxdur. Bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev bildirib. “Azərbaycanda virusun bu növünün aşkarlanması onu deməyə əsas verir ki, ölkəmizdə yoluxma sayında artım olacaq. Müəyyən olunub ki, virusun bu variantının öldürücülük qabiliyyəti zəifdir, lakin sürətlə yayılır. “Omicron” ştammının sürətlə yayılması kütləvi immunitetin yaranmasına və pandemiyanın bitməsinə səbəb ola bilər.

Bütün bunlara baxmayaraq, vətəndaşlar gigiyenik qaydalara riayət etsinlər. Riskli yaş qrupuna daxil olan insanlar daha çox ehtiyatlı olsunlar. Əsas da uşaqların yoluxma ehtimalı yüksəkdir. Lakin ağırlaşma ehtimalı çox aşağıdır”, – deyə o bildirib.

Ardını oxu »

Tovuz: Şəhid adı müqəddəsdir

Arxiv
Təqvim
Yanvar 2022
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 5,778
  • 17
  • 46,925
  • 85,606
ILK-10 Azeri Website Directory