Yanvar 12, 2022

Azərbaycan Ordusunun əsgərinin şəhid olması ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu »

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin milli müdafiə naziri yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

Ardını oxu »

Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə edib

Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya Prezidenti və Ermənistanın hökumət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının Qazaxıstandakı fəaliyyətini və Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Ardını oxu »

“Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçib”

"Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçib"

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş iş rejiminə keçib.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”, – nazirlikdən bildirilib.

Ardını oxu »

Ənənələri yaşadan novator sənətkar – Əhsən Rəhmanlı yazır

USTAD XANƏNDƏ ƏLİBABA MƏMMƏDOVUN YARADICILIQ YOLUNA BİR NƏZƏR

Ənənələri yaşadan novator sənətkar - Əhsən Rəhmanlı yazır

Əhsən RƏHMANLI
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Görkəmli xanəndəmiz Əlibaba Məmmədovun Azərbaycan muğam ifaçılığı və musiqi pedaqogikası sahəsində müstəsna xidmətləri var. Əlibaba Balaəhməd oğlu Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Maştağada iki il 128 saylı orta məktəbdə oxuyub, ailəsi Zabrat kəndinə köçdüyü üçün IV sinifdən təhsilini buradakı məktəbdə davam etdirib. Natamam orta təhsili (VII sinfi) bitirərək Sabunçu  qəsəbəsində yerləşən 1 saylı texniki peşə məktəbinə daxil olub, neft buruqlarında qazmaçı ixtisası üzrə təhsil alıb. Əla qimətlərlə oxuduğu üçün onu II kursdan Bakı Neft Texnikumuna keçiriblər. Onu yaxşı kadr kimi  Türkmənistana Nebitdağa göndərirlər.

Ardını oxu »

Dünya boyda işıq – Faiq Qismətoğlu yazır

Dünya boyda işıq - Faiq Qismətoğlu yazır

Faiq QİSMƏTOĞLU

Bu gün xalqın, millətin, bir sözlə, cəmiyyətin ziyalı sözünə, ziyalı kəlməsinə və ziyalı işığına çox böyük ehtiyacı var. Və belə bir deyim var: “Hər hansı bir tanınmış ziyalı dünyasını dəyişəndə onu ağlamaq lazım deyil, onu itirən cəmiyyəti ağlamaq lazımdır”.

Nə yaxşı ki, bu gün xalq tərəfindən sevilən və yaddan çıxmayan böyük ziyalıları, istedadlı yazıçıları, millətini və xalqını sevən vətənpərvər insanları bəzi televiziya kanalları axtarıb tapır, onları verilişə dəvət edir və işıqlı fikirlərini cəmiyyətə çatdırır. Amma təəssüf ki, xalqa, millətə lazım olan, maarifçilik ideyalarını yayan, tamaşaçının ürəyindən tikan çıxaran verilişlər barmaqla sayılır. Səviyyəli tamaşaçı da həmişə belə verilişləri səbirsizliklə gözləyir. Bu mənada yaxın günlərdə “Space” kanalında efirə getmiş “Açıq söhbət” verilişini xüsusilə xatırlamaq istəyirik.

Ardını oxu »

Hulusi Akar Zakir Həsənova başsağlığı verib

Hulusi Akar Zakir Həsənova başsağlığı verib

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

Ardını oxu »

Kamran Əsədov: Müəllim satıcı deyil ki, ondan gəlir vergisi çıxılsın – VİDEO

kamran-esedov-muellim-satici-deyil-ki-ondan-gelir-vergisi-chixilsin-video

«Ona görə müəllimləri günahkar bilirik çünki ən çox gözləntilərimiz də onlardandır. Hər şey qarşılıqlı olmalıdır. Mən sənün üçün nələrsə etməliyəm, sən də mənim üçün. Ancaq burada müəllim üçün yaxşılıqlar edən valideynlər olmamalıdır. Müəllimlərin əməkhaqqıları qənaətbəxş olmalıdır ki, valideynlər əlavə məsrəflərlə yüklənməsinlər. Müəllimlər xüsusən də ibtidai sinif müəllimləri sinifdə uşağın çoxluğunu bəhanə edib dərsin səviyyəsini daha da aşağı salırlar ki, valideynlər uşaqlarını həmin müəllimənin yanına hazırlığa aparsınlar. Aydın məsələdir ki, sinifdə uşağın sayının çox olması yolverilməzdir. Xüsusən də pandemiyanın tüğyan etdiyi bir zamanda.»

Bu fikirləri “İkisahil tv”yə müsahibəsində təhsil eksperti Kamran Əsədov bildirib.

Ardını oxu »

Ağstafa: Köçəsgər kəndindən keçən “Acı dərə” təbii sel ötürücüsündə yaranmış təbii aşınmanın aradan qaldırılması işlərinə start verilib

Ağstafa rayonunun Köçəsgər kəndinin ortasından keçən və Kür çayına axan təbii sel ötürücüsü “Acı dərə”də yaranmış təbii aşınmanın aradan qaldırılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında “Sel sularından mühafizə tədbirləri” obyekti üzrə layihənin icrasına başlanılmışdır.
Qeyd edək ki, uzunluğu 800 metrədək olan sel ötürücüsündə 2017-ci ildən  etibarən başlanmış təbii aşınma səbəbindən eni və dərinliyi artmışdır.  Nəticədə ətrafdakı evlər uçmaq təhlükəsi qarşısında qalmış, yol infrastrukturuna, digər kommunikasiya xətt və qurğularına ziyan dəymişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Yanvar 2022
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 5,784
  • 17
  • 46,931
  • 85,612
ILK-10 Azeri Website Directory