Yanvar 13, 2022

Türkiyə milli döyüş təyyarələrinin istehsalına başlayır

Müdafiə sənayesində zəruri bildiyimiz hansı texnoloji sahə mövcuddursa, orada varıq. Milli döyüş təyyarəmizi 2023-cü ildə anqardan (təyyarə inşa olunan sahədən) çıxarıb bütün dünyaya göstərəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada “Türkiyədə Milli Texnologiyalar və yeni sərmayələr” şüarı ilə keçirilən açılış mərasimində ifadə edib.

Müdafiə sənayesi layihələrinə aid büdcənin 5.5 milyard dollar məbləğindən 75 milyard dollaradək yüksəldildiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, İHA, SİHA və TİHA istehsalında dünyada üçüncü yerdə olan Türkiyə bu sahədə milli istehsal məhsulları ilə müttəfiq ölkələrə də lazımi dəstəyi göstərib.

Ardını oxu »

Regional inkişafın İLHAM ƏLİYEV modeli

23 rayon, 47 səfər, 61 açılış, 41 təməlqoyma…

İlin əvvəli, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən, ötən ilə yekun vurulur, digər tərəfdən, növbəti ilin yeni məqsəd və vəzifələri hədəflənir.

Keçmiş uğurlar, bir qayda olaraq, gələcəyin daha böyük nailiyyətləri üçün möhkəm təmələ çevrilir. Həyati təcrübəyə əsaslanan bu cür qiymətləndirmə həm də ötən dövrün uğur və çatışmazlıqlarından obyektiv nəticə çıxarmaq, perspektiv fəaliyyət istiqamətlərini doğru müəyyənləşdirmək üçün yaxşı imkanlar açır.

Yüksək nailiyyətlərlə bol olan daha bir ili arxada qoyduq. İqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti qlobal böhranla mübarizə dövründə belə heç bir sosial layihəsini təxirə salmadı. Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkliyə çevrildi. Bununla da bir daha təsdiq olundu ki, regionlarının sürətli yüksəlişi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ardını oxu »

Türk dünyasının birliyinə layiqli xidmət

2021-ci il Azərbaycanın xarici siyasəti sahəsində də bir sıra mühüm nailiyyətlər müşahidə edildi. Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər burada, təbii ki, əhəmiyyətli yer tutur. Ölkəmizin ikiillik sədrliyi dövründə bu təşkilatın qazandığı uğurların miqyası 2021-ci ildə daha aydın göründü.

Öz strateji məqsədlərinə doğru əzmlə addımlayan Türk Dövlətləri Təşkilatının artıq qlobal güc mərkəzinə çevrilməkdə olduğu bir daha təsdiqini tapdı. Mötəbər qurumun ötən il noyabrın 12-də İstanbul şəhərində keçirilmiş VIII Zirvə görüşündə Azərbaycan təşkilata sədrlik səlahiyyətlərini son iki ilin parlaq nəticələri ilə qardaş Türkiyəyə ötürdü.

Ardını oxu »

Çin XİN rəhbəri: Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu tanıyıb

Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu tanıyıb və gerçək multilateralizmin birgə təminatı üçün Ankara ilə əlaqələrin tərəfdarıdır.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə yanvarın 12-də Çinin Usi şəhərində keçirilən görüşdə deyib. Van İ Çin və Türkiyəni qarşılıqlı etimadı möhkəmləndirməyə və ikitərəfli əlaqələrin sağlam inkişafını birgə təşviq etmək üçün bir-birini dəstəkləməyə çağırıb.

Nazir ikitərəfli əlaqələrin inkişaf tempini yüksək qiymətləndirərək, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının ötən il 50-ci ildönümünün qeyd olunduğunu xatırladıb. Vurğulayıb ki, strateji tərəfdaş olan Çin və Türkiyə qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsinə sadiq qalmalıdır.

Ardını oxu »

Azərbaycan öz hədəflərinə çatan dövlətdir

Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına geniş müsahibəsində jurnalistlərin bir çox məsələlərə dair suallarını cavablandırıb. Dövlət başçısının suallara cavablarından bir daha aydın oldu ki, 2021-ci ildə iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail olunub, beynəlxalq müstəvidə respublikamızın milli maraqları qətiyyətlə təmin olunub.

İslahatlar bəhrəsini verir

İlham Əliyevin ilk açıqlaması Azərbaycan iqtisadiyyatının ötənilki vəziyyəti barədə oldu. Ötən il ölkəmizdə iqtisadi artım 5 faizdən çox olub və bu, pandemiya şəraitində inkişafın ən gözəl nümunəsidir. Bu onu göstərir ki, respublikamız pandemiyanın çətinliklərini artıq geridə qoyur və qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunur.

Ardını oxu »

“Dövlət qurumlarında çalışan rəhbər şəxslər də səlis nitq dərsi alırlar” – Ümid Orucov

"Dövlət qurumlarında çalışan rəhbər şəxslər də səlis nitq dərsi alırlar" - Ümid Orucov

Məsəl var ki, insanı geyiminə görə qarşılayıb, ağlına yola salarlar. İnsanın ağlının göstəricisi isə onun nitqidir. Yaxşı, bəs səlis danışmaq yalnız jurnalist və ya rəhbər şəxlərə lazımdırmı? Təbii ki, xeyr. 525.az bütün bu problemlər və problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan dilində nitq təlimi verən yeganə mərkəz – Diksiya Akademiyasının ictimaiyyətlə əlaqələr üzrə meneceri Ümid Orucovun Herbiand.az-a verdiyi müsahibəni sizə təqdim edir.

Ardını oxu »

Baş Prokurorluq sabiq deputatın Bakıda ağacları kəsdirdiyini təsdiqləyib

Baş Prokurorluq sabiq deputatın Bakıda ağacları kəsdirdiyini təsdiqləyib

Baş Prokurorluq Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları kəsdirməsi faktı üzər aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.

Qurumun Mətbuat xidmətindən 525.az-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Ardını oxu »

Yasamal kitabxanasında “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilib

Yasamal kitabxanasında “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilib

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova və Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Elnarə Qarayeva Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdləri ilə “Əziz Şuşa, sən azadsan” adlı tədbir təşkil ediblər.

Kitabxanadan 525.az-a bildirilib ki, əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kitabxananın əməkdaşı İradə Hüseynova Qarabağın döyünən ürəyi, Azərbaycan musiqisinin beşiyi Şuşanın azad olması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında məlumat verib.

Ardını oxu »

Karantin rejiminin qaydalarına riayət olunmalıdır BİRGƏ MƏLUMAT

karantin-rejiminin-qaydalarina-riayet-olunmalidir-birge-melumat

“Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub”.

“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında yer alıb.

Qeyd olunub ki, bu səbəbdən səhiyyə qurumları vətəndaşları yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır:

Ardını oxu »

Şər-böhtan, yalan üzərində qurulmuş kampaniya

Heç kimə sir deyil ki, ölkəmizdəki radikal müxalifət uzun illərdir ki, anti-Azərbaycan dairələr tərəfindən himayə olunur. Məhz həmin qüvvələr media və mətbuat orqanlarını öz alətlərinə çevirdikləri kimi, dağıdıcı müxalifətdə səngərləşmiş bəzi siyasi partiyaları, xəyanət çirkabına bulaşmış bəzi şəxsləri maliyyələşdirərək onlardan maşa kimi istifadə edirlər. Məlum dairələr müasir texnologiyanın yaratdığı imkanlardan-internetdən, sosial şəbəkələrdən, o cümlədən “Facebook”dan, “YouTube”dən istifadə edərək, necə deyərlər, “pult”la idarə edtikləri milli xəyanətkarları, zombiləşdirilərək şeytani məqsədlərə xidmət edən dönükləri, antimilli ünsürləri çirkli pullar, qrantlar vasitəsilə ələ alaraq onları ölkəmizə qarşı apardıqları ideoloji terror və informasiya təxribatlarında ön xətdə yerləşdiriblər. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi və diplomatik Qələbəsindən sonra ölkəmizin əleyhinə aparılan “qara piar” kampaniyasının miqyasının gündən-günə genişləndirilməsi bunun əyani təsdiqidir. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatların və “sapı özümüzdən olan baltalar”ın sistematik və planlı şəkildə apardıqları bu şər-böhtan kampaniyası heç də təsadüfi deyil.

Ardını oxu »
Arxiv
Təqvim
Yanvar 2022
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 5,775
  • 17
  • 46,922
  • 85,603
ILK-10 Azeri Website Directory