Yanvar 14, 2022

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçib

1992-ci il yanvarın 14-də qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.

Ardını oxu »

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, Baş nazir məktubunda bildirib: “Müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir.

Ardını oxu »

İlham Əliyev Ərdoğana məktub göndərdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Ardını oxu »

Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

Adalet.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!

Ardını oxu »

Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yayıb

Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yayıb

“Qardaş Azərbaycan Respublikasının müstəqilliyini yenidən qazanmasından sonra onu beynəlxalq aləmdə tanıyan ilk ölkədir. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə imzaladığı “Diplomatik əlaqələrin yenidən qurulmasına dair anlaşma” sənədi nəticəsində 1992-ci il yanvarın 14-də Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda fəaliyyət göstərməyə başlayan ilk diplomatik nümayəndəlik oldu”.

Ardını oxu »

Qazax Müəllimlər Seminariyasının qayıdışı

TARİXİ MAARİFÇİLİK OCAĞIMIZ ADA UNİVERSİTETİNİN “BİR MÜƏLLİMİN MANİFESTİ” LAYİHƏSİ ÜZRƏ ƏSASLI TƏMİR OLUNUR

Qazax Müəllimlər Seminariyasının qayıdışı

Ölkəmizin bölgələrində elə ünvanlar var ki, onların tarixçəsinin milli intibahımızla birbaşa bağlılığı var. Onlara həssas və nəcib münasibət göstərilməsi hər birimizin, xüsusən də həmin yadigarların qorunması və gələcəyə salamat və abad çatdırılması üzrə səlahiyyətli insanların vətəndaşlıq borcudur. Bu cür şərəfli məkanlardan biri də Qazaxda yerləşən ilk milli seminariyamızdır. Bu ocaq həm də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ilk maarifçi qaranquşu olub.

Ardını oxu »

“Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” -Mövlud Çavuşoğlu

“Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu

“Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən qurulmasının, qardaşlarımıza yenidən qoşulmamızın 30-cu ildönümüdür”.

525.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

Ardını oxu »

Prezident İlham Əliyev Ukraynaya işgüzar səfərə gedib

prezident-ilham-eliyev-ukraynaya-ishguzar-sefere-gedib

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gedib.

“İki sahil” xəbər verir ki,  hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ardını oxu »
Arxiv
Təqvim
Yanvar 2022
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 5,780
  • 17
  • 46,927
  • 85,608
ILK-10 Azeri Website Directory