Qubadakı Heydər Əliyev Parkı yenidən qurulur

Quba, 25 yanvar (AzərTAc). Quba şəhərində Heydər Əliyev Parkının yenidən qurulması işləri sürətlə davam etdirilməkdədir.

\r\n

 AzərTAc xəbər verir ki, 2012-ci ilin iyun ayında başlanılmış abadlıq işlərinin böyük hissəsi sona çatdırılmış, parkda uzunluğu 50, eni 20 metr olan fəvvarə qurulmuşdur. Müasir işıqlandırma və lazer qurğuları ilə təmin olunacaq fəvvarədə xüsusi effektlərlə Azərbaycan filmlərindən fraqmentlər və müxtəlif tarixi dövrləri əhatə edən şəkillər nümayiş etdiriləcəkdir.

\r\n

 Bundan başqa, parkın yaxınlığında yerləşən evlərin dam örtüklərinin yenilənməsi, ərazidə müxtəlif dekorativ ağacların əkilməsi nəzərdə tutulmuşdur.

\r\n

 Parkın ərazisində Bayraq meydanının, rayon icra hakimiyyəti üçün inzibati binanın, Gənclər evinin tikintiləri də həyata keçirilməkdədir. Abadlıq işlərinin cari ilin may ayında yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 247
  • 6
  • 614
  • 2,231
ILK-10 Azeri Website Directory