İsmayıllıda baş verən iğtişaşların təfərrüatları

Hadisə nəticəsində xəsarət almış 4 nəfər xəstəxanaya gətirilib 

\r\n

İsmayıllıda baş verən iğtişaşlarla bağlı təfərrüatlar İsmayıl Fətəliyevin reportajında.

\r\n

 Yol-nəqliyyat hadisəsini törədən İsmayıllıda fəaliyyət göstərən “Çıraq” otelinin müdiri Emil Şəmsəddinov olub. Taksi sürücüsü işləyən Ramil Bəkirovun döyülməsində isə otel müdiri ilə bir yerdə olan Elməddin Məmmədov da iştirak ediblər. Bu hadisə sonda İsmayıllıda etiraz aksiyası ilə nəticələnib.

\r\n

 İnsident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verib. Və Emil Şəmsəddinovun ora toplaşanları söyməsindən sonra qısa müddət ərzindəəraziyə toplaşan 3 000-ə qədər insan onun müdiri olduğu “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq ediblər. Aksiya iştirakçıları oteli və oradaki 3 minik avtomobilini yandırıblar. Sonra iğtişaş iştirakçılarıİsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər. Onlar evin həyətindəki minik maşınını, iki dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar. Bu zaman İsmayıllı rayon polis şöbəsinin 3 əməkdaşı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

\r\n

 Hadisə iləəlaqədar olaraq “Çıraq” otelinin müdiri Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov həbs edilib. Qeyd edək ki, polis aksiya iştirakçılarına qarşı zor tətbiq etməyib. Aksiya iştirakçılarından heç kim saxlanılmayıb. 4 saat davam edən aksiyanın dinc yolla sakitləşdirilməsi üçün tədbirlər görülüb.

\r\n

 Hadisə yerinə Daxili İşlər Nazirliyinin Başİctimai İrəisi, polis general-mayoru Cavanşir Məmmədov gəlib. Gecə saat 02:30 radələrində aksiya başa çatdıqdan sonra İsmayıllı rayon Polis Şöbəsində müşavirə keçirilib. İsmayıllı rayon xəstəxanasına xəsarət almış 4 nəfər gətirilib. Onlardan 3-nün vəziyyəti stabil, birinin durumu isə ağırdır.

\r\n                                                                                                                                                                                                     İsmayıl Fətəliye

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory