Azərbaycandan Rauf Denktaşa “Vətən Övladı” mükafatı

Mükafat ötən il verilsə də, Rauf Denktaşın vəfatı ilə əlaqədar ordenin təqdim olunması təxirə salınmışdı

\r\n

\r\n(ANS PRESS). DədəQorqudMilliFonduvəAzərbaycan Dünyasıbeynəlxalq jurnalı Kipr Türk Respublikasının (KKTC) qurucusu vəkil prezidenti Rauf DenktaşıVətən Övladıordeni ilə təltif edib. Bu barədə xəbər “kibrisgenctv.com” saytında yayılıb. Mükafat 2012-ci il yanvarın 3-də verilsə də Rauf Denktaşın vəfatı səbəbilə ordenin təqdim olunması təxirə salınmışdı. Məlumata görə, orden bu il yanvarın 28-də Kiprdə keçiriləcək tədbirdə mərhum prezidentin oğlu və Demokrat Partiyasının (DP) sədri Sərdar Denktaşa veriləcək.

\r\n

 Qeyd edək ki, mükafatı təqdim etmək üçün yanvarın 27-də Kiprə səfər edəcək heyət həmin gün Rauf Denktaşın məzarını da ziyarət edəcək.

\r\n

 Xatırladaq ki, “Vətən Övladı” mükafatı Azərbaycanın “Dədə Qorqud” Milli Fondu tərəfindən Türk dünyasının tanınmış simalarına, siyasətçilərə, akademiklərə, sənətkarlara və s. verilir.

\r\n

                                                                                                                                                                                                                                                                                                                                          Şirəli Məmmədov 

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 40
  • 36
  • 681
  • 4,415
ILK-10 Azeri Website Directory