BORÇALI-TÜRK FOLKLORUNUN ÖZÜNƏMƏXSUSLUĞU

“Borçalı” cəmiyyəti bu məvzuda toplantı keçirib.

\r\nDünən “Borçalı” cəmiyyəti “Borçalı-Türk folklorunun özünəməxsusluğu” mövzusunda 24-cü Dədə Camal məclisini keçirib. Məclisi giriş sözü ilə açan cəmiyyətin sədri Zəlimxan Məmmədli ötən bir ay ərzində cəmiyyətin fəaliyyətini, Borçalı Cəmiyyətinin İH-qərarını açıqladı. Borçalı Cəmiyyətinin İH qərarı ilə Zahid Xəlilovun 100 illik yubileyinə hazırlıqla bağlı, Türkiyənin Van bölgəsində təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım kompaniyasının başlanılması haqqında qərarları elan etdi. Zəlimxan Məmmədli qeyd etdi ki Borçalı kimi qədim bir diyarın folklorunu toplayıb üzə çıxarmaq istəyiriksə, olub-keçənləri bilməliyik: “Folklor da tarixdir. Xalqın mənəvi tarixidir. Hər bir folklor nümunəsində tariximizin bir anı yaşayır.”\r\nDaha sonra çıxış edən akademik, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Z.Xəlilovun yubileyinə hazırlıqla bağlı geniş məlumat verdi.\r\nProffesor Məmməd müəllim Borçalı Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirdi, mövzu ətrafında öz fikirlərinin bildirdi. O, vurğuladı ki Borçalı folklorunun Azərbaycan və  Gürcüstan xalqı arasında ədəbi mədəni əlaqələrin inkişafında və yayılmasında Borçalı aşıq sənətinin rolu böyük olmuşdur.\r\nKəpənəkçi Xeyriyyə Fondunun sədri, Borçalı Cəmiyyətinin Kəpənəkçi kənd şöbəsinin sədri Rəşid Bədəlov  bizim milli musiqi alətlərimizin digər dövlətlərin muzeylərində öz alətləri kimi nümayiş etdirilməsini vurğuladı: “Biz tarixi incilərimizi get-gedə yadlaşdırırıq. Bu yadlaşma prosesinin qarşısını tam və qəti olaraq almalıyıq. Buna birgə səylərimiz nəticəsində nail ola bilərik.”\r\nSonda cəmiyyətin sədri Z.Məmmədli çıxış edərək, Borçalı folklorunun kitab halında yığılıb çap edilməsi haqda AzMEA-na müraciət etməyi və dövlətdən lazımı dəstəyə ehtiyac olduğunu vurğuladı və həmçinin yüksək bal toplamış tələbələrin ödənişsiz təhsil almaları ilə bağlı Təhsil Nazirliyinə Borçalı İC-i adından müraciət göndəriləcəyini bildirdi. Daha sonra o alimlərimizə, ziyalılarımıza, iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, mənəviyyatsız və mədəniyyətsiz tərəqqi yoxdur. Allah millətimizi, dövlətimizi və bütün türk dünyasını qorusun.\r\n

Nərgiz Kazımlı

\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 44
  • 40
  • 685
  • 4,419
ILK-10 Azeri Website Directory