Saatları çəkməyi unutmayın

Gecə saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir\r\n\r\nMart ayının 31-i Azərbaycan Respublikasında yay vaxtına keçiləcək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.\r\n\r\nDövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 31 mart 2013-ci il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.\r\n

Kəmalə Məmmədova

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory