Azərbaycan paytaxtı növbəti beynəlxalq turizm sərgisinə ev sahibliyi edir

Bakı, 1 aprel (AzərTAc). Xəbər verildiyi kimi, aprelin 4-də “Bakı Expo” Mərkəzində XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AITF-2013”) işə başlayacaqdır.\r\nƏnənəvi olaraq yay məzuniyyətləri və tətillər ərəfəsində baş tutan sərgi bu il aprelin 6-dək davam edəcəkdir.\r\nMədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “AITF-2013” sərgisi iştirakçılarının coğrafiyası baxımından əvvəlkilərdən xeyli dərəcədə fərqlənəcəkdir. Başqa sözlə, budəfəki sərgi dünyanın 35 ölkəsini əhatə edəcəkdir.\r\n“AITF-2013”-də turoperatorlar və turizm agentlikləri, aviaagentliklər, mehmanxanalar, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji, tibbi turizminin təşkili ilə məşğul olan şirkətlər öz xidmət və turizm məhsullarını təqdim edəcəklər. Bu il ilk dəfə olaraq sərginin ekspozisiyasında sürətlə populyarlıq qazanan “Xaricdə əmlak” adlı bölmə də təmsil olunacaqdır.\r\nSərgidə 16 ölkə öz milli stendləri ilə çıxış edəcəkdir. Bu il sərginin daimi iştirakçıları – Türkiyə, Gürcüstan, Çex Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər ölkələrlə yanaşı, ilk dəfə olaraq Bakıya Dominikan Respublikası, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransanın da nümayəndələri gələcəklər.\r\nSərgi ziyarətçiləri müəyyən fasilədən sonra yenidən Misir turoperatorlarının təklifləri ilə tanış ola biləcəklər.\r\nBu il sərginin bir sıra iri iştirakçıları öz stendlərinin ölçülərini əhəmiyyətli dərəcədə artırmışlar. Türkiyə və Gürcüstan sərgi stendlərinin sahəsini demək olar ki, iki dəfə genişləndirmişlər. Milli aviaşirkətimiz – “AZAL” konserni də öz stendini böyütmüşdür.\r\nSərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirən geniş regional ekspozisiyanın təşkil edilməsi də planlaşdırılır. Burada Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və ölkənin başqa regionlarının turizm imkanları təqdim olunacaqdır.\r\nƏnənəvi olaraq sərgidə təqdimat mərasimləri və seminarların keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, iştirakçıların stendlərində müxtəlif lotereyalar və istirahət turları da oynanılacaqdır.\r\nAITF sərgisi hər il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi çərçivəsində təşkil edilir. Bundan əlavə, sərgi Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən də rəsmi olaraq dəstəklənir.

Şərhini bildir

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory