Dələduz qadın yaxalandı

Bakı Şəhər BPİ Mətbuat Xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı xəbər yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir:\r\n\r\nNərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Təranə Hüseynova aprelin 2-də yaxalanıb.\r\n\r\nAprelin 2-si saat 12:30 radələrində Bakı-Mərdəkan yolunda Laiq Əsədullayev idarə etdiyi «Tayota-Prado» markalı avtomobillə Yusif Rəhimovu vurub, nəticədə piyadaçı xəstəxanaya aparılarkən ölüb.\r\n\r\nYanvarın 10-da naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyeivn evinə daxil olub bıçaqla xəsarət yetiriblər. Sonra həyətdə olan «VAZ-2121» markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili aparıblar. A.Həmzəyev 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ CAŞ, 1-ci PB və DİN BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri – Kamran Cəbiyev və Səbuhi Tağıyev Səlyan rayonu ərazisində idarə etdikləri «BMW-X5» markalı avtomobillə saxlanılıblar, avtomobildən isə 5 qramdan artıq marixuana aşkar edilib. Cinayətin digər iştirakçısının tapılması istiqamətində əməliyyat tədbirləri davam edir.\r\n\r\nBinəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Natiq İsmayılov aprelin 2-də yaxalanıb.\r\n\r\nMartın 27-nə keçən gecə Ə.Rəcəbli küçəsində Sumqayıt şəhər sakini Yaşar Səmədova məxsus «VAZ-21099» markalı avtomobildən açarseçmə yolu ilə səsgücləndiricilər, ətir və pult oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Saatlı rayon sakini Alim Əhmədov aprelin 2-də yaxalanıb.\r\n\r\nMartın 31-də Əmircan qəsəbəsi Z.Tağıyev küçəsində yaşayan Vitaliy Aydarov döş qəfəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya daxil olub. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Əliyev aprelin 2-də yaxalanıb.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 68
  • 59
  • 709
  • 4,483
ILK-10 Azeri Website Directory