Gədəbəy rayonunda bazar yanıb

Gədəbəy. Azər Məmmədli – APA. Azərbaycanın Gədəbəy rayonunun mərkəzi bazarında yanğın baş verib.\r\n\r\nFövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.\r\n\r\n”Anar” MMC- yə məxsus mərkəzi bazarın ərazisində ümumi sahəsi 1700 kvadratmetr olan beton tikilinin içərisində piştaxtalar və satış malları olan 700 kvadratmetr sahəsi yanıb.\r\n\r\nGədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin dediyinə görə, yanğınla bağlı rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb və satıcılara dəyən ziyan araşdırılır.\r\n\r\nİlkin ehtimala görə yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.\r\n\r\nHadisə ilə bağlı araşdırma aparılır.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 40
  • 36
  • 681
  • 4,415
ILK-10 Azeri Website Directory