Ziyafət ƏSGƏROV: ATƏT-in Minsk qrupu Ermənistana təzyiqlərini artırmalıdır

“ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistana təzyiqlərini artırmalıdır”.\r\n\r\nAzərTAc xəbər verir ki, bu sözləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində demişdir.\r\n\r\nZ.Əsgərov bildirmişdir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin budəfəki gəlişində də yeniliklər müşayiət edilməmişdir.\r\n\r\nZ.Əsgərov bildirmişdir ki, məsələ bu cür davam edə bilməz. O vurğulamışdır ki, BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı kimi əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədlərinin icrası üçün Ermənistana təzyiq göstərilməlidir.\r\n\r\nQeyd edilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına hələ də ümid vardır.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 44
  • 40
  • 685
  • 4,419
ILK-10 Azeri Website Directory