Qadın sürücü iki məktəblini vurdu

Sürücü xəstəxanada tibb bacısıdır Balakəndə iki azyaşlı məktəblini maşın vurub. Bu barədə APA-ya Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə bu gün saat 17.30 radələrində Balakən-Qabaqçöl yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Qabaqçöl qəsəbə sakini İsayeva Şəmsiyyət Abakar qızı idarə etdiyi VAZ-2106 markalı, 08 BC 457 nişan dövlət nömrəli avtomobillə Balakən-Qabaqçöl yolu ilə hərəkətdə olarkən dərsdən çıxıb evə gedən iki azyaşlı məktəblini, 2006-cı il təvəllüdlü Talalar kənd sakini Yolçuyeva Selena Asəf qızını və 2006-cı il təvəllüdlü Talalar kənd sakini Əhmədov Yusif İmran oğlunu vurub. Muxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki məktəbli Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Yolçuyeva Selenanın vəziyyəti nisbətən ağır olduğu üçün ona Balakən MRX-da ilkin yardım göstərildikdən sonra Zaqatala MRX-nın renimasiya şöbəsinə aparıblar. Yolçuyeva Selenaya açıq kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Zaqatala MRX-da davam etdirilir. Əhmədov Yusifə isə sağ ayağının sınığı dioqnozu qoyulub, müalicəsi Balakən MRX-da davam etdirilir. Fakla bağlı Balakən RPŞ-də araşdırma aparılır. Qeyd edək ki, Yolçuyeva Selena və Əhmədov Yusif Talalar kənd orta məktəbində 1-ci sinifində oxuyurlar. Sürücü İsayeva Şəmsiyyət Balakən Mərkəzi Rayon Xəstəxanasında tibb baçısı işləyir. Mahir Məmmədli

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 6
  • 395
  • 1,387
ILK-10 Azeri Website Directory