Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir

Bakı, 6 may (AzərTAc). Dövlət Sərhəd Xidməti Aparatının əməkdaşları mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.\r\nÜmummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə öz töhfəsini verir.\r\nQeyd olunmuşdur ki, Sərhəd Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, eləcə də sərhəd məntəqələrinin yaradılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, sərhədçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etmişdir.\r\nQonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşlar.\r\nSonda Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləmişlər.\r\nFondla tanışlıq Dövlət Sərhəd Xidməti Aparatının əməkdaşlarında zəngin təəssürat yaratmışdır.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory