Peruda keçirilən dünya birinciliyində Azərbaycan atleti Firudin Quliyev bürünc medal qazanmışdır

Bakı, 7 may (AzərTAc). Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi davam edir.\r\nAzərTAc xəbər verir ki, yarışda Azərbaycan ağır atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxmış və 62 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazanmışdır.\r\nBirincilikdə daha bir atletimiz mükafatçılar sırasında yer almışdır. Firudin Quliyev (69 kq) dünya çempionatında bürünc medala yiyələnmişdir.\r\nBirdən qaldırma hərəkəti atletimiz üçün uğurlu alınmamışdır. O, 132 kiloqram çəkinin öhdəsindən yalnız ikinci cəhddə gəlmiş, üçüncü yanaşmada isə 135 kiloqramı ram edə bilməmişdir. Nəticədə F.Quliyev bu hərəkəti beşinci yerdə bitirmişdir.\r\nTəkanla qaldırma hərəkətində ilk yanaşmasında 176 kiloqramı ram edən atletimiz toplamda ən azı bürünc medalı özü üçün təmin etmişdir. Növbəti yanaşmasında 184 kiloqram sifariş edən idmançımız üçüncü cəhdində bunun öhdəsindən gəlmişdir. İdmançımız təkanla qaldırmada gümüş medal qazanmışdır.\r\nToplamda 308 kiloqram (132 kq + 176 kq) nəticə ilə “Zirvə” idman klubunun yetirməsi F.Quliyev dünya çempionatının bürünc medalını qazanmışdır.

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory