TQDK ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

Ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün 87 minə yaxın abituriyent sənəd verib\r\n\r\nBakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır. Göstərilən vaxta qədər abituriyentin “Elektron ərizə” si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.\r\n\r\nQeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə “Elektron ərizə“ doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 155
  • 25
  • 747
  • 2,777
ILK-10 Azeri Website Directory