Məzahir Pənahova qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi başladı

\r\n\r\n \r\n\r\nİyunun 13-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində\r\n\r\nMərkəzi Seçki Komissiyasının Ümid Partiyasından olan üzvü Akif Qurbanov xidməti pasportla təmin          olunmadığı üçün MSK-ya qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.\r\n\r\n”Qafqazinfo” xəbər verir ki, Hakim İntizar Bayramovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin                  arqument və faktları dinlənildikdən sonra, məhkəmə xidməti pasportun kimlərə veriməsi ilə bağı MSK-ya sorğu göndərilməsi haqda qərar qəbul edib. Şifahi məhkəmə baxışı iyulun 3-nə təyin olunub.\r\n\r\nXatırladaq ki, MSK üzvü Akif Qurbaov “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən xidməti pasport əldə etmək üçün əvvəllər şifahi qaydada MSK-ya müraciət edib. Amma ona xidməti pasport verilməyib. Bu səbəbdən o, MSK sədri Məzahir Pənahova rəsmi müraciət edərək, ona xidməti pasportun verilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə vəsatət-təqdimatı göndərməsini xahiş edib. Lakin MSK rəhbəri bu təqdimatı göndərməkdən imtina edib. A.Qurbanova MSK katibliyinin rəhbərinin imzası ilə daxil olan cavab məktubunda qanunun tələbləri düzgün təfsir edilməyib. Onun xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunmadığı əsas gətirilərək təqdimatdan imtina olunub. Bu səbəbdən MSK üzvü Akif Qurbanov təmsil olunduğu qurumun rəhbərliyinin qanunsuz fəaliyyətini aradan qaldırmaq üçün məhkəməyə müraciət edib.\r\n\r\nQeyd edək ki, qanunun tələbinə əsasən, Azərbaycan Respublikası vətəndaşının xidməti pasportunun verilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səlahiyyətinə aid edilib. Bunun üçün XİN-ə MSK rəhbərinin vəsatət-təqdimatı göndərilməlidir. Halbuki “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il, 3 mart tarixli, 391 saylı fərmanı ilə təsdiq edilmiş xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında aydın göstərilir ki, MSK üzvləri xidməti pasport əldə etmək hüququna malikdir.

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory