Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun dəfni yenidən təxirə salınıb

Buna səbəb onun harada dəfn edilməsi üstündə ailə üzvləri arasında yaranan narazılıqdır. Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova məsələ ilə bağlı bunları deyib: “Mənim vəkilim mənə dedi ki, hakim rəssamın torpağa basdırılmasına dair qərarın veriləcəyi məhkəmə iclasını gələn həftənin ikinci gününə təyin edib, günün ikinci yarısında. Bundan artıq hansı dəyişikliklər olacağını bilmirəm. Başa düşürsüz burada torpağa tapşırılmaq Toğrulun arzusu olub. Mənim əlimdə Toğrulun burada basdırılmaq istədiyinə dair insanlara çoxlu sübutum var və bu insanlar məhkəməyə gəlib bu barədə şahidlik edəcək”.\r\n\r\nMərhum rəssamın qızı Əsmər Nərimanbəyova isə əksinə atasının belə bir arzusunun olmadığını və bunu sübuta yetirəcəyini deyib. Ailədaxili münaqişəyə “Baş xəbər” verilişində münasibət bildirən Rəssamlar İttifaqının katibi Toğrul Nərimanbəyovn dostu Ağəli İbrahimov mərhumun Azərbaycanda torpağa tapşırılması üçün təmsil olunduğu qurumun müxtəlif kanallardan istifadə olunduğunu deyib. \r\n\r\nQeyd edək ki, xalq rəssamının dəfni bu gün Fransada nəzərdə tutulmuşdu. Lakin rəssamın qızı Əsmər Nərimanbəyova Fransa məhkəməsinə müraciət edəndən sonra dəfn təxirə salınmışdı.\r\n\r\nXatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də Fransada vəfat etmişdi.\r\n\r\nhttp://www.youtube.com/watch?feature=player_embedded&v=T21Zbgxbw2I

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 25
  • 23
  • 616
  • 2,149
ILK-10 Azeri Website Directory