Mingəçevirdə qanvermə aksiyası keçirilmişdir

Mingəçevir, 25 iyun (AzərTAc). İyunun 24-də Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Qan verməklə başqasına həyat verirsən” kampaniyası çərçivəsində növbəti xeyriyyə aksiyası keçirilmişdir.\r\nAzərTAc xəbər verir ki, şəhərin Sahil parkında keçirilən xeyriyyə aksiyasına icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulmuşlar.\r\nMüxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədi ilə keçirilən tədbirdə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Mingəçevir regional bölməsinin əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə etmiş və onlara müəyyən məsləhətlər verərək qanverməyə hazırlamışlar.\r\nQanvermə aksiyasında 100-ə yaxın şəhər sakini könüllü olaraq iştirak etmişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaqdır. Qan verən şəxslərin hər birinə fəxri donor kartı verilmişdir. Gələcəkdə donorlarla əlaqə yaratmaq üçün onlar qeydiyyata alınaraq məlumat bazası yaradılmışdır.\r\n“Qan verməklə başqasına həyat verirsən” adlı kampaniyanın maarifləndirmə avtobusu iyulun 5-dək Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Tovuz, Gəncə, Göygöl, Xaçmaza səfər edəcəkdir.

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory