Ramazan gəldi…

Rəbbimizə üz tutmaq üçün əlimizə\r\n30 gün müddətində gözəl fürsət düşür\r\nMübarək Ramazan artıq qapımızdadır. Bu il də Ramazan ayı ən isti vaxta – iyul-avqust aylarına təsadüf edir. İsti havada oruc tutmaq ikiqat çətindirsə, deməli, onun Rəbbimiz tərəfindən mükafatı da ikiqat artıq olacaq. Bu mükafatı qazanmaqdan ötrü 30 gün müddətində mücadilə verməliyik. Əslində, mücadilə simvolikdir. Çünki Ramazan nəfslə savaş ayı olsa da, eyni zamanda Uca Rəbbimizin bəndələrinə bol-bol rəhmət ehsan etdiyi bir aydır. Belə bir ayı qarşılamaqdan gözəl nə ola bilər?! Ramazan elə bir aydır ki, insanın qəlbi nurla dolar, insan xeyirxah əməllər ardınca qaçar, daxilən saflaşar, paklaşar və üzünü Rəbbinə tutub ondan bağışlanmaq dilər.\r\nMəlumdur ki, oruc tutmaq islamın 5 vacib şərtindən biridir.\r\nRamazan orucu Allaha bir aylıq ibadət yoludur. Oruc nəfsi islah edən, qəlbi bütün fənalıqlardan qoruyan bir ibadətdir. Oruc ibadətlərin ən zəhmətlisidir, buna görə də Rəbbimiz buyurur: Oruc mənim üçündür! Onun mükafatını Mən verirəm.\r\nOruc elə bir ibadətdir ki, insanı bütün ehtiyaclarından, nəfsani arzu və istəklərindən kənarlaşdırır. Oruc insanı səbirli, dözümlü, dünya malına, dünya ləzzətlərinə biganə edib, haqq dünyasına – axirətə hazırlayır və onu mənən gücləndirir.\r\nPeyğəmbərimiz (s.ə.s) buyurub: “Elə ki, Ramazan gəldi, Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirdi olar”.\r\nİnsanı düz yoldan sapındırmağa səy edən şeytanın zəncirləndiyi bir vaxtda Rəbbimizə üz tutmaq üçün əlimizə 30 gün müddətində gözəl fürsət düşür.\r\nOruc saxlamaq tibbi baxımdan da orqanizm üçün çox faydalıdır. Qidalanmada fasilə yaratmaqla orqanizm il boyu ziyanlı və ziyansız qidaların qəbulundan bir növ nəfəs alır, dincəlir. Orqanizmə uzun saatlar ərzində heç bir qida daxil olmadıqda bədən ehtiyatlarını “işə salır”. Nəticədə zərərli maddələr, artıq piy və yağlar da israf olunmağa başlayır ki, bu da orqanizmin güclənməsinə, yenilənməsinə səbəb olur. Yəni orucluğun ilk baxışda insanı zəif saldığı düşünülürsə də, əslində oruc saxlamaqla orqanizm daha da güclənir.\r\nOrucluq mədə ağrısı, qan təzyiqi, ürək-damar xəstəliklərinə qarşı ən yaxşı çarə hesab edilir. Digər vaxtlarda qidalanmaya ötəri, səthi yanaşan, ziyanlı yeməklər qəbul edən, bununla da yorğun orqanizmini əldən salan insan məhz Ramazan ayında özünə diqqətli davrana bilir.\r\nHəkimlər hətta şəkərli diabet xəstələrinə də oruc tutmağı məsləhət görür və bunun onlara heç bir ziyanı olmayacağına zəmanət verirlər.\r\n\r\nNiyyəti necə tutmalı?\r\nBu il hicri-qəməri təqvimiylə mübarək Ramazan ayının başlanması miladi təqvimlə iyulun 9-na təsadüf edir. İyulun 8-i isə niyyət axşamıdır. Ramazan orucunu tutmağa hazırlaşanlar bu axşam niyyət etməli və ertəsi gündən etibarən orucluğa başlamalıdırlar. Niyyəti bu şəkildə etmək lazımdır; Ramazan ayının orucunu tutmaq üçün niyyət edirəm, vacib qürbətən illəllah.\r\nNiyyət məhz bu formada ona görə edilir ki, oruc Allahın buyruğu ilə Ona yaxınlıq niyyəti ilə tutulur. Bütün Ramazan ayı üçün bir dəfə “niyyət etdim Ramazan ayını oruc tutmaq üçün, qürbətən illəllah” demək də olar, hər axşam növbəti gün üçün ayrıca niyyət etmək də. Hər gün sübh açılanadək, imsaq vaxtı hələ yetişməmiş oruc niyyətini təzələmək də olar. Belədə “Allahım, bu günün orucunu tutmaqda mənə kömək ol” deyilə bilər.\r\nBu il Ramazan ayında oruc tutmağa hazırlaşanlar iyulun 8-i axşam saatlarından etibarən oruc niyyətini etməlidir.\r\n\r\nÇox yemək ziyandır\r\n\r\nRamazan ayı ən isti günlərə təsadüf edəcəyindən onunla bağlı xüsusi qidalanma, istirahət cədvəli tərtib edilsə, yaxşıdır. Təbii ki, Uca Rəbbimiz “oruc mənim üçündür, onun mükafatını mən verirəm” buyurursa, onu asanlıqla, əziyyət çəkmədən başa vurmaqda da bəndəsinə kömək edir. Ən yaxşı köməkçi, ən gözəl imdada çatan Allahdır!.. Oruc saxlayanlar bu hikməti bilir. Amma yenə də havaların hədsiz isti keçməsi nəzərə alınaraq oruc tutmağa hazırlaşanlara mütəxəssislər bir sıra lazımi məsləhətlər verir.\r\nHəkimlərin məsləhəti budur ki, sahur və iftarda ağır qidalar qəbul etmək olmaz. Müxtəlif şirniyyatlar, yağlı yeməklər, tərkibində süni dadlandırıcı olan qidalar, qazlı içkilər ümumiyyətlə qida rasionundan çıxarılmalıdır.\r\nAğır və çox yağlı yeməklər əvəzinə asan həzm olunan az yağlı ət, göyərti və ya ətli tərəvəz yeməkləri qəbul edilməlidir. Mütəxəssislər sahura (yəni oruc saatları başlamazdan əvvəl səhər yeməyi) mütləq qalxmağı tövsiyə edir:\r\n- İnsan orqanizmi adi vaxtlarda gün ərzində ən azı 2-2,5 litr su qəbul etməlidir. İndi nəzərə alaq ki, oruc tutan adamın 16 saat dilinə su dəyməyəcək. Bunun yerini hansısa şəkildə doldurmaq lazımdır. Orqanizmin suya tələbatını ödəmək üçün sahura mütləq qalxmaq və güclü səhər yeməyi əvəzinə, yüngül və su normasını ödəyə biləcək qidalar qəbul edilməlidir.\r\nSahurda – yəni imsaq vaxtına qədər (sübh azanına 5-10 dəqiqə qalmışadək) yemək zamanı çalışmaq lazımdır ki, gün ərzində orqanizmi təmin edə biləcək, qana tez qarışmayan qidalar qəbul edilsin. Çünki sahurla iftar arasında nə az, nə çox – düz 17 saata yaxın vaxt keçəcək. Səhər yeməyi elə qəbul edilməlidir ki, iftaradək orqanizm gücdən düşməsin, qəbul edilən qida sayəsində insan gün ərzində aclıq və susuzluğu mümkün qədər az hiss etsin.\r\n\r\nSahur\r\n\r\nBunun üçün də sahurda mütləq 1-2 parça çörək, az yağlı qatıq, süd, pendir, yumurta, yüngül şorbalar, pomidor-xiyar salatına, meyvə, meyvə şirəsinə yer verilməlidir. Bu qidalar həm yüngüldür, həm də kalorili hesab edilir. Sahur yeməyində çox şirin və duzlu qidalara qətiyyən yer vermək olmaz. Çünki onlar orqanizmin suya tələbatını artırır.\r\n\r\nİftar\r\n\r\nİftar süfrəsində mütləq şorbalara yer verilməlidir. İftarı bir qədər ilıq su və ya ilıq çayla və 1-2 ədəd xurma ilə açmaq, ardınca orta ölçüdə bir kasa şorba içmək, tərəvəz salatı ilə azacıq pendir yemək, bir qədər ara verildikdən sonra isə əsas yeməyə keçmək məsləhətdir. Burada da yenə ağır yeməklərə deyil, yüngül, həzmə ağırlıq verməyən qidalara üstünlük verilməlidir:\r\n- İftarda yağsız və ya az yağlı yeməklər, qızardılmış, qovrulmuş ət əvəzinə buxarda bişmiş ət, balıq əti, buğlama yeməkləri qəbul edilməlidir. Mümkün qəbizliyi önləmək üçün lifli qidalar – əsasən xurma, paxlalı bitkilər, göyərti, meyvələrə üstünlük verilməlidir. Oruc müddətində mədə uzun müddət boş qaldığından birdən-birə çoxlu qida qəbulu mədəyə ağrı verə, ürək-damar sistemində problem ortaya çıxara, qan təzyiqinin artmasına səbəb ola bilər. Bunları önləmək üçün iftarda yavaş-yavaş, qidanı çox çeynəyərək və az miqdarda qəbul etmək lazımdır.\r\nHəkimlər bildirir ki, şirniyyat və yağlı yeməklər həm mədəyə ağırlıq verir, həm də susuzluğu artırır. Sahurda da, iftarda da şirniyyatı meyvə və meyvə şirələri ilə əvəzləmək məsləhətdir. Sahuru da, iftarı da meyvə ilə bitirin. Sahur və iftar zamanı gün ərzində insanın daha az hərəkətli olduğu vaxtlardır. Oruclular sahurdan sonra yatmağa üstünlük verir, iftardan sonra da ənənəvi yatmaq zamanı gəlir. Ona görə də qida qəbul edilərkən bu amil də nəzərə alınmalıdır. Sahurdan sonra dərhal yatağa uzanmamaq, heç olmasa 1 saat oyaq qalmaq məsləhətdir. İftardan sonra qəbul edilən qida tez həzm olunsun deyə, qaçmaq, hansısa idman hərəkətləri etmək də risklidir. Bu hərəkətlər toxqarına edilməməli, yeməkdən ən azı 2 saat sonra edilə bilər.\r\n\r\nSahurdan sonra mütləq dişləri fırçalayın\r\n\r\nOruc zamanı ağız boşluğunun təmizliyinə xüsusi önəm verilməlidir. Sahur yeməyindən sonra dişlərin fırçalanması mütləqdir. Çünki gün ərzində ağız boşluğunda mikroorqanizmlər çoxalır, nəticədə ağız qoxusu getdikcə artır. Buna görə də sahur yeməyindən sonra dişlər mütləq fırçalanmalıdır ki, ağız boşluğunda, dişlərin arasındakı mikroorqanizmlər təmizlənsin. Və onların əmələ gəlməsi üçün şərait olmasın. Çalışmaq lazımdır ki, ağız boşluğu və dişlərin təmizlənməsi işi sübh azanınadək bitsin. Əks halda diş məcunu, yaxud da suyun boğaza çatması orucu poza bilər. Ən yaxşısı budur ki, sahur yeməyi sübh azanına 15-20 dəqiqə qalmış tamamlansın (müddəti hər bir kəs öz hərəkətlərinə sərf edəcəyi vaxta uyğun hesablaya bilər). Bu müddət məhz təmizlik işləri və sübh namazına hazırlıq üçündür.\r\n\r\nAllah-təala orucumuzu qəbul etsin.\r\n\r\nMəlahət Rzayeva

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 32
  • 26
  • 403
  • 2,114
ILK-10 Azeri Website Directory