Rusiya 9 ermənini beynəlxalq axtarışa Verdi

Rusiya 9 erməni 27.07.2013Rusiya 9 Ermənistan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.\r\nAPA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.\r\nMəlumata görə, Rusiyanın hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən axtarılan ermənilər – 48 yaşlı Grişa Aleksanyan qanusuz silah gəzdirmə və xüsusi amansızlıqla adam öldürmə, 30 yaşlı Razmik Matevosyan sağlamlığıa ağır zərər vurma, 27 yaşlı Lavrentiy Şahinyan sağlamlığa ağır zərər vurma və xuliqanlıq, 37 yaşlı Alik Çatoyan xuliqanlıq, 36 yaşlı Arsen Daniyelyan oğurluq və saxtakarlıq, 43 yaşlı Sergo Sargisyan, 28 yaşlı Aşot Tatoyan, 56 yaşlı Mkrtçyan Ogannes və 46 yaşlı Karen Gevorgyan isə ağır cinayətlərdə təqsirli bilinirlər.\r\nRusiya Federasiyasının hüquq-mühafizə orqanları adıçəkilən ermənilərin tutularaq istintaqa cəlb edilməsi üçün İnterpola müraciət edib.\r\nQeyd edək ki, bir neçə gün əvvəl APA İnterpolun saytına istinadən Amerika Birləşmiş Ştatlarının (ABŞ) 6 Ermənistan vətəndaşı barəsində də beynəlxalq axtarış elan etməsi barədə məlumat yayıb.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 41
  • 37
  • 682
  • 4,416
ILK-10 Azeri Website Directory