Azərbaycan qadın deputatların sayına görə dünya reytinqində

Azərbaycan qadın deputatların 19.08.2013Ölkəmiz bu siyahıda 16 faizlə 102-ci yerdədir\r\nDünya Bankı parlamentdə qadınların say çoxluğuna görə dünya ölkələrinin reytinq cədvəlini açıqlayıb.\r\n“Qafqazinfo” xəbər verir ki, ötən ilin göstəricilərinə əsasən parlamentində ən çox qadınlar təmsil olunan ölkə 56 faizlə Ruanda olub. Daha sonra Andorra (50%), Kuba (45%).\r\nAvropa Birliyinə daxil olan ölkələr arasında ilk pillədə və ümumi sıralamada 4-cü yerdə İsveçrə qərarlaşıb. Burada qadınlar bütün parlamentarilərin 45 faizini təşkil edib.\r\nAlmaniya 26-cı yer (33%), Fransa 40 (27%), Polşa 59 (24%), İngiltərə 65 (23%), İtaliya 73 (21%).\r\nSkandinaviya ölkələri reytinq cədvəlində yenə də ilk pillələrdədir, Finlandiya 43 %, Norveç 40%, Danimarka isə 39%.\r\nSeçicilərin 60 faizini qadınlar təşkil etsə də Gürcüstan 134-cü yerdə, nə qədər qəribə olsa Əfqanıstan və İraqın da göstəriciləri qənaətbəxşdir. Belə ki, Əfqanıstan 28 %-lə 39, İraq isə 25 faizlə 47-ci yerdədir.\r\nABŞ-da keçirilən son parlament seçkilərindən sonra qadınlar 30 faiz təşkil edib. Bu isə bütün ABŞ tarixi ərzində ən yüksək nəticə hesab olunur.\r\nBu göstərici keçmiş post-sovet ölkələrində isə o qədər də ürəkaçan deyil. Ancaq Belarus 25 fazilik baryeri aşaraq 43-cü yerdə qərarlaşıb.\r\nAzərbaycan bu siyahıda 16 faizlə 102-ci, Rusiya 119 (14%), Gürcüstan 134 (12%), Ermənistan 142 (11%), Ukrayna 151 (9%).\r\nƏn aşağı göstərici isə 2%-lə Misir, Solomon adaları 2% və Omandır 1%.\r\nşərh yaz\r\n\r\nAzad Əliyev

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory