Ərdoğan Rusiyaya səfər edəcək

Ərdoğan Rusiyaya səfər edəcək 20.08.2013O, Böyük 20-liyin zirvə toplantısında iştirak edəcək\r\nTürkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan dünyanın ən böyük 20 ölkəsinin 5-9 sentyabr tarixində baş tutacaq zirvə toplantısında iştirak edəcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, zİrvə toplantısı Sankt-Peterburq şəhərində baş tutacaq. Dövlətlərarası məsələlərin və iqtisadi mövzuların müzakirə olunacağı görüş böyük önəm daşıyır. Görüşdə R.T. Ərdoğandan başqa ABŞ prezidenti Barak Obama və Vladimir Putinin bir araya gələcəyi gözlənilir. Zirvə çərçivəsində danışılacaq əsas mövzulardan biri Suriya məsələsi olacaq.\r\nTürkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 6-da Sankt-Peterburqdan Argentinanın paytaxtı Buenos –Ayresə gedəcək. Ərdoğan Buenos-Ayresdə 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacağı konfransda iştirak edəcək. Beynəlxalq Olimpiya Komitəsi sentyabrın 7-də həmin şəhərin adını açıqlayacaq. Sentyabrın 8-də isə Ərdoğan Türkiyəyə qayıdacaq.\r\n\r\nAfət Loğmanqızı

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 146
  • 26
  • 3,309
  • 65,049
ILK-10 Azeri Website Directory