Yeni dərs ilinə yeni binalar

Yeni dərs ilinə 25.08.2013Əhmədbəyli Samux rayonun ən iri kəndlərindən biridir. Burada minlərlə adam yaşayır, gəliri, qazancı çoxdur. Di gəl ki, kənd məktəbi yararsiz binada yerləşirdi.\r\nCari ildə kəndin mərkəzində müasir quruluşlu yeni məktəb binasının təməli qoyuldu. Bina üçmərtəbəli nəzərdə tutulub. Bu mühüm iş “Bik texnik” MMC-nin kollektivinə həvalə olunub. Burada işlər sürətlə və keyfiyyətlə görülür.\r\nİş icraçısı Elbrus Alıyev səriştəli inşaatçıdır. Deyir ki, tikinti materialı, texnika, işçi qüvvəmiz kifayət qədərdir. Çalışırıq ki, hər iş cədvəl üzrə nəzərdə tutulan müddətdə görülsün. Təcrübəli ustalardan Bəhruz Nəsibov, Fərrux Məmmədov, Azər Əsədov və başqaları işlərin keyfiyyətlə aparılması üçün böyük səylə çalışırlar. İkinci blokda inşaat işləri demək olar başa çatıb. Üstünün örtülməsi üçün hazırlıq görülür. İdman zalında son tamamlama işləri gedir. Əsas blokda isə hörgü və suvaq işləri davam edir. Hamının məqsədi birdir. Bu mühüm obyekt nəzərdə tutulduğu müddətdə təhvil verilsin.\r\nRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Samuxda sosial obyektlərin tikintisi sürətlə aparılır. Rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov deyir ki, hazırda Əhmədbəylidən əlavə Qarabağlılar kəndində də müasir quruluşlu, hər şəraiti olan məktəb binası inşa edilir. Zazalı, Qırmızı Samux və Alabaşlı kənd məktəbləri də əsaslı şəkildə təmir edilir. Bir sözlə, rayonda yeni dərs ilinə ciddi hazırlıq görülür. Bu isə, heç şübhəsiz, təhsilin keyfiyyətinə öz təsirini göstərəcəkdir.\r\n\r\nSəbuhi MƏMMƏDOV,\r\n Samux

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 154
  • 24
  • 746
  • 2,776
ILK-10 Azeri Website Directory