Gürcüstan Rusiyaya nota verdi

Gürcüstan 26.08.2013Qonşu ölkə Vladimir Putinin Gürcüstanın dövlət sərhədlərini pozaraq Abxaziyaya səfər etməsinə etiraz edir\r\nGürcüstan Rusiyaya nota verib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, nota Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın dövlət sərhədlərini pozaraq Abxaziyaya səfər etməsinə etirazla əlaqədardır.\r\nGürcüstanın xarici işlər naziri Maya Pancikidze bunu növbəti təxribat adlandıraraq bildirib ki, bu Gürcüstanın ərazi bütövlüyünün və suverenliyimizin pozulması kimi qiymətləndirilməlidir.\r\nXatırladaq ki, Rusiya prezidenti Vladimir Putin tanınmamış Abxaziya Respublikasına avqustun 26-da səfər edib və separatçı rejimin lideri Aleksandr Ankvabla görüşüb. Rusiyanın Gürcüstanın işğal edilmiş ərazilərinin müstəqilliyinin tanınmasının 5 illiyinə həsr olunmuş görüş Pitsunda şəhərində keçirilib.\r\n\r\nGülnar Əliyeva

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory