Baş prokuror Ağcabədi şəhərində vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov sentyabrın 13-də saat 11:00-da Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.\r\nBaş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağcabədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.\r\nVətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 21
  • 692
  • 2,333
ILK-10 Azeri Website Directory