Azərbaycanda sürücülər üçün radio açıldı

Azərbaycanda sürücülər 10.09.2013“Auto FM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandıracaq\r\nAzərbaycanda yeni radio fəaliyyətə başladı. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 107.7 tezliyində “Auto FM” radiosu sentyabrın 9-dan etibarən texniki yayıma başlayıb. NİİM-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əsas yayıma isə oktyabr ayında start veriləcək.\r\n”Auto FM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barədə maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır. “Auto FM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.\r\nQeyd edək ki, radioya 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-cü il tarixində keçirilmiş iclasında qəbul edilib.\r\n\r\nGülnar Əliyeva

Şərhini bildir

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 14
  • 8
  • 329
  • 2,115
ILK-10 Azeri Website Directory