Azərbaycanda prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şərait yaradılmışdır

Azərbaycanda Prezident 11.09.2013Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.\r\nGörüşdə Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir. Qeyd edilmişdir ki, assambleyanın beynəlxalq monitorinq institutu bundan əvvəl də ölkəmizdə müxtəlif seçki proseslərini izləmiş və sonda nəticələrlə bağlı dolğun, dəqiq, obyektiv hesabat hazırlamışdır.\r\nLeonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, müşahidəçilər respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər etmiş və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olmuşlar. Azərbaycanda prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şəraitin yaradıldığı vurğulanmışdır. Mərkəzi Seçki Komissiyasının və yerlərdəki dairə, məntəqə seçki komissiyalarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Müşahidə Missiyasının başçısı işlərin qanunvericiliyə, təqvim planına və beynəlxalq standartlara uyğun vaxtında aparıldığını diqqətə çatdırmışdır.\r\nLeonid Slutski avqustun 1-dən sentyabrın 9-dək paytaxtda və bölgələrdə apardıqları müşahidələrin nəticələri barədə aralıq hesabatı Milli Məclisin Sədri Oqtay Əsədova təqdim etmişdir.\r\nMüşahidə Missiyasının üzvləri hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını, vətəndaşların azad seçim etmələri üçün bütün lazımi şəraitin və təkmil hüquqi bazanın yaradıldığını qeyd etmişlər. Vurğulanmışdır ki, görülən işlər digər ölkələr üçün də yaxşı təcrübə ola bilər.\r\nGörüşdə Azərbaycanda sürətli iqtisadi inkişafla yanaşı, müstəqil, güclü vətəndaş cəmiyyətinin də formalaşdığı diqqətə çatdırılmışdır.\r\n\r\nAzərTAc

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 136
  • 22
  • 3,299
  • 65,039
ILK-10 Azeri Website Directory