Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istismara veriləcəkdir

Bakı, 12 sentyabr (AzərTAc). Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istismara veriləcəkdir.\r\nAzərTAc xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə müsahibəsində demişdir.\r\nO qeyd etmişdir ki, hazırda dəmir yolunun tikintisi ilə bağlı işlər davam etdirilir. Bizim işçi qatarlarımızın sərhədə qədər getməsi nəzərdə tutulmuşdur və bu işi həyata keçirəcəyik. Bilirsiniz ki, tikinti çətin şəraitdə aparılır. Çünki dəmir yolunun keçdiyi Türkiyə və Gürcüstan əraziləri əsasən dağlıq relyefdən ibarətdir. Bu da tikintidə müəyyən problemlər yaradır. Xüsusilə Türkiyə ərazisində xeyli sayda keçid və tunellər vardır. Buna baxmayaraq işlər uğurla davam etdirilir.

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory