Tehran müharibəyə hazırdır (VİDEO)

Tehran müharibəyə hazırlaşır 16.09.2013İran Suriyanın həm arxasındadır, həm də yanında!\r\nİranın ali dini lideri, Ayətulla Əli Xamenei: “Bir neçə həftədir ki, Amerika Birləşmiş Ştatları regionu müharibə ilə hədələyirdi. İndi isə ümid edirik ki, ABŞ sadəcə kütləvi-informasiya vasitələrində kampaniya aparmır, Suriya ilə bağlı mövqeyini həqiqətən də dəyişib”.\r\nBu İranın Birləşmiş Ştatların Suriya ilə bağlı yenilənmiş mövqeyinə ilkin reaksiyasıdır. Bəşər Əsədin ən yaxın müttəfiqlərindən biri olan İranda rəsmi Vaşinqtona bir o qədər inanmırlar. Tehranda əmindirlər ki, Vaşinqton müxtəlif bəhanələrlə Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmağa çalışacaq.\r\nİran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri, Alaəddin Burucerdi: “Suriyaya qarşı hücum İsrailin təhlükə altında qalmasıdır. Bu rəsmi Vaşinqton üçün strateji məsələdir. Amerika daxilində Suriyaya hücumla bağlı fikir ayrılıqlarının da səbəbi məhz budur”.\r\nİranda Birləşmiş Ştatların Suriyaya mümkün hücumu ilə bağlı bir sıra prinsipial suallar verirlər. Birincisi, dünyanın müxtəlif ölkələrində terrorçularla mübarizə aparan Birləşmiş Ştatların Suriyada döyüşən “Əl-Qaidə” döyüşçülərinin silahlandırmasının məntiqi nədir? Digər bir tərəfdən bir ildə İraqda təxminən 10 minə qədər adam terror aktlarının və müxtəlif qruplaşmalar arasında döyüşlərin qurbanı olub. Suriyada təhlükə altında olan qadın və uşaqları müdafiə etmək lazımdır deyərək bu ölkəyə hərbi müdaxiləyə hazırlaşan Birləşmiş Ştatlar niyə eyni narahatlığı İraqla bağlı keçirmir. İranda Suriyaya hücum planının arxasında özlərinə təhlükə görürlər və buna reaksiya verməyə hazırdırlar.\r\nİran ordusunun hava hücumundan müdafiə qərargahının rəisi, Fərzad İsmali: “Yaxın və Orta Şərq bir barıt anbarı kimidir. Əgər bir hadisə baş verərsə, region ölkələri də ziyan çəkəcək, böhranla üzləşəcəklər. İran İslam Respublikası müdafiəyə tam hazırdır, regionda baş verənləri izləyir”.\r\nBir sözlə Tehran müharibəyə hazır olduğunu bəyan edir.\r\nhttp://youtu.be/DEOS8hFCy6o

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory