Nərimanov rayonunu əhatə edən seçki dairələri dairə seçki komissiyalarında maarifləndirici treninqlərə başlanmışdır

Bakı, 23 sentyabr (AzərTAc). Sentyabrın 23-də 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov I və 20 saylı Nərimanov II seçki dairələri dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlərə başlanmışdır.\r\nAzərTAc xəbər verir ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədilə 20 saylı Nərimanov II seçki dairəsi dairə seçki komissiyasında başlanan treninqlərin ilk günündə 6 məntəqədən 36 nəfər iştirak etmişdir.\r\n20 saylı Nərimanov II seçki dairəsi dairə seçki komissiyası üzrə trenerlər Nizami Heybətov və Cəmilə Nəsibova tərəfindən keçirilən treninqlərdə iştirakçıların peşəkarlıq səviyyəsinin artırılması üçün seçki günü görüləcək işlər, icra olunan müxtəlif proseduralarla bağlı məlumat verilir.\r\nSentyabrın 25-dək hər gün iki mərhələdə keçiriləcək treninqlərdə 20 saylı Nərimanov II seçki dairəsi dairə seçki komissiyasının bütün məntəqələri üzrə, ümumilikdə, 198 nəfər iştirak edəcəkdir.

Şərhini bildir

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 13,005
  • 91
  • 20,382
  • 34,306
ILK-10 Azeri Website Directory